Azərbaycan Dövlət İnformasiya Agentliyi

Marneulidə dostluq və həmrəylik tədbiri: “Qafqazın iki müstəqil səsi”

Tbilisi, 27 may, AZƏRTAC

Bu gün Marneulidəki “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstan və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş “Qafqazın iki müstəqil səsi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Gürcüstanın və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. “Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov çıxışı edərək Azərbaycan və Gürcüstan xalqları arasındakı dostluq, qarşılıqlı hörmət və ortaq dəyərlər barədə danışıb. Qeyd edib ki, hər iki ölkənin müstəqillik günlərinin birlikdə təntənəli şəkildə qeyd olunması iki dövlət arasında dostluğun və strateji tərəfdaşlığın bariz nümunəsidir.

Gürcüstan parlamentinin deputatı Zaur Darğallı çıxışında vurğulayıb ki, bu gün iki dost və qardaş xalqın - Gürcüstan və Azərbaycan xalqlarının müstəqillik günləri böyük qürur hissi ilə qeyd olunur. O bildirib ki, 26 may və 28 may tarixləri, sadəcə, təqvimdə qeyd olunan günlər deyil. Bu tarixlər azadlıq uğrunda mübarizənin, milli kimliyin, dövlətçilik iradəsinin və xalqın öz taleyini müəyyən etməsinin rəmzidir.

“1918-ci ildə həm Gürcüstan, həm də Azərbaycan müstəqilliklərini elan ediblər. O çətin dövrdə xalqlarımız azadlıq, dövlətçilik və gələcək uğrunda eyni idealları bölüşürdü. Sonrakı illərdə hər iki xalq sovet hakimiyyəti altında müstəqilliyini itirsə də, azadlıq arzusu heç vaxt sönmədi. 1991-ci ildə isə həm Gürcüstan, həm də Azərbaycan dövlət müstəqilliklərini yenidən bərpa edərək yeni tarix yazmağa başladı. Bu yeni mərhələdə xalqlarımız arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində böyük siyasi xadimlər - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Eduard Şevardnadzenin uzaqgörən siyasəti mühüm rol oynayıb”, - deyə Zaur Darğallı bildirib.

Marneuli meri Daur İsmayılov çıxışında Gürcüstan və Azərbaycan xalqlarını dövlət müstəqilliyi günləri münasibətilə təbrik edərək bildirib ki, bu əlamətdar günlər xalqlarımızın azadlıq, suverenlik və milli birlik uğrunda apardıqları mübarizənin rəmzidir. Vurğulayıb ki, Marneuli bu dostluğun ən gözəl nümunələrindən biridir. Burada müxtəlif millətlərin nümayəndələri qarşılıqlı hörmət, mehriban qonşuluq və ortaq dəyərlər əsasında yaşayırlar.

Dmanisi meri Koba Muradaşvili çıxışında bildirib ki, bu gün Gürcüstan və Azərbaycanın müstəqillik günləri böyük qürur və ehtiram hissi ilə qeyd olunur. Onun sözlərinə görə, bu mühüm tarixlər xalqların azadlıq uğrunda mübarizəsinin, milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov çıxışında bildirib ki, Uca Yaradanın lütfü ilə Gürcüstan və Azərbaycan xalqları çətin sınaqlardan keçərək dövlət müstəqilliklərini qoruyub, inkişaf və sabitlik yolunda mühüm nailiyyətlər əldə ediblər. O qeyd edib ki, bu əlamətdar günlər birlik, həmrəylik, qarşılıqlı hörmət və sülhün cəmiyyətin əsas dayaqları olduğunu bir daha xatırladır.

Tədbirin ikinci hissəsində GAİM-in nəzdində fəaliyyət göstərən “Sarvan” folklor ansamblı tərəfindən Azərbaycan və gürcü milli rəqsləri - “Yallı” və “Raculi” təqdim olunub. Tanınmış solist Şaban Məmmədov “İori” və Azərbaycan xalq mahnılarını, İamze Cağeli “Ey Vətən” və gürcü milli mahnılarını, Ramin Pirməmmədov tarda “Arazbarı” və “Vətən yaxşıdır”, aşıq Nargilə Mehdiyeva isə “Paşa köçdü” mahnılarını ifa ediblər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

Azərbaycan startapı “Silkway Accelerator 2026” beynəlxalq proqramında iştirak edəcək

Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir

Vyanada Azərbaycan Xalq Cümhuriyyətinin irsi və müstəqillik ənənələri vurğulanıb

1918-ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri

Agentlik: Ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib

Astarada 45 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub

Almaniyada təhsil alan həmyerlimiz: Müstəqillik Gününü ilk dəfə Vətənimizdən kənarda qeyd etmək mənə unudulmaz hisslər yaşatdı

Marneulidə dostluq və həmrəylik tədbiri: “Qafqazın iki müstəqil səsi”

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Qurban bayramı münasibətilə Daşkəsən, Göygöl və Naxçıvanda sosial yardım aksiyaları təşkil edilib

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır

Müstəqillik Günü - şərəf və qürur tariximiz

Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

Naxçıvanda Qurban bayramı ilə bağlı 9 ünvanda satış və kəsim xidmətləri göstərilir

Göyçayda 3 minik avtomobili toqquşub, ölən və yaralananlar var

Çernovtsıda Azərbaycanın zəngin mədəni irsi və milli mətbəxi təqdim olunub

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

Zaqrebdə 28 May - Müstəqillik Günü qeyd olunub

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb

İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumuna maraq böyükdür, 1500-dən çox iştirakçı qeydiyyatdan keçib

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

Gəncədə bayram namazı qılınıb, qurbanlar kəsilib

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Azərbaycanın turizm potensialı Çində tanıdılır

"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib

Sabah hava əsasən yağmursuz olacaq

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Ekspert: Yeni Dövlət Proqramı maliyyə sektorunun üzərinə ciddi öhdəliklər qoyur

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur  VİDEO

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur VİDEO

 Bu saata olan əsas xəbərlər

Almaniyada insanların əksəriyyəti vahid təhsil standartlarının tətbiqini dəstəkləyir

Tərtərdə şəhid ailələrinə və aztəminatlı şəxslərə bayram sovqatı verilib

Nazirlik rəsmisi: Müasir suvarma sistemləri məhsuldarlığı iki dəfədən çox artırır

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

Şuşada bayram namazı qılınıb VİDEO

Şuşada bayram namazı qılınıb VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Naxçıvanda “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Ukraynanın Krivoy-Roq şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

Ağsuda oğurluq edən şəxs həbs olunub

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu reallaşacaq

Bu gecə Konfrans Liqasının qalibi bəlli olacaq

Hacıqabulda oğurluq edən iki nəfər həbs olunub

Ağdamda şəhid ailələrinə və aztəminatlı şəxslərə qurban payları verilib

Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Azərbaycanda Qurban bayramıdır

BMT: Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır

İspan rəssamı: Azərbaycan xalçalarında məni həndəsi simvollardan ibarət bütöv bir kosmos heyrətləndirir - MÜSAHİBƏ

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

İlham Bayramov: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşməyə hazırdır

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Düşənbədə su gündəliyinin əsas məsələlərinə həsr olunmuş tematik sessiyalar

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı etdiyi deyilən gəmiyə zərbə endirib

İmişlidə yol qəzası olub, piyada xəsarət alıb

İsveçdə ictimai nəqliyyatda gediş haqqı müvəqqəti olaraq iki dəfə azaldıla bilər

DGK: “Qarpız” yükündə 110 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Ceyhun Bayramov BMT-nin Baş katibinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub VİDEO

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub VİDEO

Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib

Ceyhun Bayramov BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini vurğulayıb

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

“Azərbaycan Ağbabadan başlayır” kitabının təqdimatı olub

ABŞ millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

“Şamaxı” legioner futbolçusu ilə yollarını ayırıb

MDU rektoru: Naxçıvandakı beynəlxalq konfrans Türk dünyasının ortaq mədəni yaddaşını birləşdirir

Mədəniyyət naziri Gəncə teatrının öz həmkarlarını xilas edən əməkdaşları ilə görüşüb

Beynəlxalq Muğam Mərkəzində növbəti konsert proqramı

Aktauda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Ceyhun Bayramov çexiyalı həmkarını postmünaqişə dövründə bölgədə mövcud vəziyyət barədə məlumatlandırıb

Azərbaycan–Pakistan münasibətləri regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşüb

Emin Ağalarov: “Sea Breeze” beynəlxalq investisiya və turizm ekosistemi kimi inkişaf edir

İranlı analitik: Azərbaycan regional əməkdaşlığın mühüm mərkəzi kimi mövqeyini möhkəmləndirib – MÜSAHİBƏ

Bakıda Çövkən üzrə Dünya Çempionatı təşkil olunacaq

Gələcəyin musiqisi: Süni intellekt insanı əvəz edəcəkmi?

Prezident İlham Əliyevin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib

Akademik: 28 May Azərbaycan xalqının milli yaddaşında və dövlətçilik tarixində müstəsna əhəmiyyət daşıyır

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi

Tailandda Azərbaycanın Müstəqilliyi Günü qeyd olunub

Qəbələdə 28 May - Müstəqillik Gününə həsr edilən intellektual oyunun qalibləri mükafatlandırılıb

Sahil Babayev: Dövlət maliyyəsinin idarə olunmasında innovativ mexanizmlər tətbiq edilir

Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb VİDEO

Oğuzda qanunsuz ağac kəsən şəxs saxlanılıb VİDEO