Tərtərdə şəhid ailələrinə və aztəminatlı şəxslərə bayram sovqatı verilib
Tərtər, 27 may, AZƏRTAC
İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da xoş əhvali-ruhiyyə ilə qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram münasibətilə xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə qurbanlıq qoyunlar kəsilib, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə göndərilib.
Sakinlər bu əziz gündə onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.
Müxbir – Tahir Ağaməmmədov