Abşeron rayonunda əvvəllər məhkum olunmuş şəxsin evindən silah-sursat və marixuana götürülüb
Bakı, 25 aprel, AZƏRTAC
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonunun Masazır kəndində yaşayan əvvəllər məhkum olunmuş S.Əliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan bir ədəd “BM” markalı tüfəng, 130 ədəd müxtəlif çaplı patron, bir ədəd ov bıçağı və 14 qramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.