ADU-da elmi seminar: Çin memarlıq ənənələri öyrənilir
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına həsr olunmuş “Çinin şəhərsalma mədəniyyəti” adlı elmi-tələbə seminarı təşkil edilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin imperatorluq dövrünün şəhərsalma tarixi, memarlıq arxetiplərinin mənşəyi və planlaşdırmada “fenşuy” fəlsəfəsinin rolu barədə mühazirə oxuyub. Məruzəçi Çin şəhərsalmasının əsas prinsipləri olan simmetriya, mərkəzi oxun qorunması və elementlərin nizamlı yerləşməsi məsələlərinə toxunub. O, Çinin yeddi qədim paytaxtının memarlıq özəyi hesab olunan “sıheyuan” (dördbucaqlı həyət) tikili tipini xüsusi vurğulayıb.
Mühazirə zamanı Çin tarixi evlərinin tikinti texnologiyası, unikal dam konstruksiyaları, dekorativ elementlər və rəng simvolikası barədə ətraflı məlumat verilib. Həmçinin Çin bağ sənətinin inkişafı, klassik bağ elementləri (su, qaya, flora), imperator sarayları və park ansambllarının kompozisiya xüsusiyyətləri təhlil edilib.
Sonda R.Abbasov Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında və “ağıllı şəhər” layihələrinin icrasında Azərbaycan-Çin əməkdaşlığının perspektivlərini qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [16:59]
Mingəçevirdə 23 ölkənin iştirakı ilə beynəlxalq elmi konfrans işə başlayıb
- 18.05.2026 [16:55]
Bədii mətndə gender diskursu - seminar
- 18.05.2026 [16:27]
Ədəbiyyat İnstitutunda alman türkoloqlarla görüş olub
- 18.05.2026 [16:20]
BDU-da professor Tofiq Rüstəmovun 90 illik yubileyi qeyd olunub
- 18.05.2026 [15:44]