İDMAN
Aerobika yarışlarının finalında mübarizə aparacaq qarışıq cütlüklər müəyyənləşib
![](/files/galleryphoto/2015/2/1200x630/1434568281493624001_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345682812585310605_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345682814618943711_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434568281236425629_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434568281913532768_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434568281324606550_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345682815141564542_1200x630.jpg)
Bakı, 17 iyun, Günay Kazımova, AZƏRTAC
İyunun 17-də “Bakı-2015” birinci Avropa Oyunlarında aerobika yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda 10 ölkəni təmsil edən qarışıq cütlüklər mübarizə aparıb. Yarışda ölkəmizi Vera Bosıx və Vladimir Dolmatov cütlüyü təmsil edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Miçela Kastoldi - Davide Donati (İtaliya), Bianka Qonqovan - Daçian Barna (Belçika), Sara Morena Lopez - Visenta Lli Llores (İspaniya), Duxik Canazian - Denis Solovyev (Rusiya), Dora Hegi - Daniel Bali (Macarıstan) və Laurena Qiunipero - Maksim Deker-Breitel (Fransa) final mərhələsinə yüksəliblər.
Yarışın final mərhələsi iyunun 21-də təşkil olunacaq.