SİYASƏT
Ağcabədili ağsaqqallar seçkilərdə dövlət başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər
Ağcabədi, 7 avqust (AZƏRTAC). Ağcabədi rayon mədəniyyət evində ağsaqqallarla görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov tədbirdə çıxış edərək, ölkəmizdə bütün sahələrdə gedən inkişafdan, əldə olunan uğurlardan danışmış, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından bəhs etmişdir.
Çıxış edən ağsaqqallar rayonda gedən geniş tikinti-quruculuq işlərinə və onlara göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmiş və qeyd etmişlər ki, bütün ağcabədililər, o cümlədən yaşlı nəslin nümayəndələri Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti bəyənirlər və qarşıdan gələn seçkilərdə onun namizədliyini dəstəkləyəcəklər.
Tədbirdə Şənlik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qəşəm Behbudova Prezident İlham Əliyevin 2013-cü il 27 iyun tarixli Sərəncamı ilə verilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunmuşdur.