İDMAN
Ağstafada yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir
Ağstafa, 16 avqust (AZƏRTAC). Ağstafa şəhərindəki 3 nömrəli tam orta məktəbin idman zalında yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, birinciliyə Ağstafadan əlavə, üç rayonun idmançılarının da qatılmaları turnirin daha maraqlı və gərgin mübarizə şəraitində keçməsinə səbəb olmuşdur.
Turnirdə Ağstafa, Tovuz, Qazax, Goranboy rayonlarından 120 yeniyetmə idmançı öz qüvvəsini sınamışdır.
Birinciliyin yekunlarına əsasən xal hesabı ilə Ağstafa komandası birinci, Qazax ikinci, Goranboy idmançıları isə üçüncü yerə layiq görülmüşlər.
Yüksək yerləri tutmuş idmançılar ayrı-ayrılıqda həvəsləndirici hədiyyələrlə təltif edilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [21:08]
Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb
- 27.06.2024 [20:20]
Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb
- 27.06.2024 [18:48]
Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb
- 27.06.2024 [17:43]
Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi
- 27.06.2024 [16:23]
“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib
- 27.06.2024 [15:16]