REGİONLAR
Ağsu dolaylarında sürüşmə zonası yenidən təmir olunub VİDEO
Ağsu, 20 fevral, AZƏRTAC
Bakı-Şamaxı-Yevlax yolunun Ağsu dolaylarından keçən 149-cu kilometrində torpaq sürüşməsi nəticəsində çökən 40 metrədək ərazidə yenidən təmir işləri aparılıb.
AZƏRTAC xəbər verir ki, fevralın 19-20-də 16 saylı “Yol İstismar” MMC tərəfindən yolun çökən hissəsinə 150 tonadək çınqıl tökülərək bərkidilib və hamarlanıb. Avtomobillərin hərəkəti təmin edilib. Yol işçiləri ərazini daim nəzarətdə saxlayırlar.
Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində bağlanan və təmirdən sonra fevralın 7-də yenidən açılan yolda sürüşmə davam edir. Sonuncu qardan sonra yolun 40-50 santimetrədək çökməsi və çatların getdikcə böyüməsi təkrar təhlükəli vəziyyət yaratmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2024 [14:56]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Ağsu vətəndaşlarla görüşüb
- 17.05.2024 [10:57]
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri FOTO VİDEO
- 17.05.2024 [10:42]