REGİONLAR
Ağsuda "Gənclərin ictimai həyatda iştirakı” mövzusunda təlim keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16669668331151845506_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669668335955622987_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16669668334270521036_1200x630.jpg)
Ağsu, 28 oktyabr, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağsu nümayəndəliyi rayon gəncləri üçün "Şəxsi inkişaf" təlimləri çərçivəsində "Gənclərin ictimai həyatda iştirakı” mövzusunda təlim təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gənclərlə “Onların ictimai həyatda iştirakçılığı deyəndə nə başa düşürük?”, “Gənclər iştirak nərdivanında hansı pillədə yer alır və buna səbəb nədir?”, “Gənclərin icma quruculuğu və vətəndaş cəmiyyətində iştirakçılığı nə üçün vacibdir?” mövzuları üzrə müzakirələr aparılıb.
Təlimin sonunda gənclərlə komanda işi həyata keçirilib.
Qeyd edək ki, təlim nümayəndəliyin tədbirlər və layihələr üzrə mütəxəssisi və "İrəli" İctimai Birliyinin "Gənclər davamlı inkişaf üçün" layihəsinin iştirakçısı Aynur Məmmədova tərəfindən keçirilib.