Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhidlərin xatirəsini anıb
Bakı, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr – Anım Günündə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət edib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün bərpa edilməsi uğrunda şəhid olan Vətən övladları ehtiramla yad edilib. Qəhrəman şəhidlərimizə ehtiramın ifadəsi olan xatirə daşının önünə gül dəstələri düzülüb.