Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademiyanın gənc alimlərinin təklif və problemləri dinlənilib

Akademiyanın gənc alimlərinin təklif və problemləri dinlənilib

Bakı, 11 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov akademiyanın elmi müəssisə və təşkilatlarının Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Akademik Arif Həşimov AMEA-nın elmi bölmələrinin nümayəndələri ilə Azərbaycan elminin dayanıqlı inkişafının təmin edilməsi üçün qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə görüşlər keçirildiyini bildirib. Görüşlərdə səsləndirilən təkliflər əsasında Rəyasət Heyəti tərəfindən müvafiq qərarın qəbul edildiyini və artıq bu istiqamətdə müəyyən işlərin həyata keçirilməyə başlanıldığını diqqətə çatdırıb.

Arif Həşimov qeyd edib ki, Azərbaycanda elmi biliklərin qədim və zəngin ənənələri var: “Ölkəmiz SSRİ dövründə neft, qaz, kimya və digər sahələrdə aparılan tədqiqatların əsas elmi mərkəzlərindən biri olub və Azərbaycan elmində əldə olunan nailiyyətlər daim yüksək qiymətləndirilib”.

Akademikin sözlərinə görə, ötən müddət ərzində alimlərimiz tərəfindən Azərbaycanda bir çox elmi məktəblər yaradılıb və cəmiyyətimizin inkişafına töhfə verən kadrlar yetişdirilib. Hazırda da AMEA-nın güclü kadr potensialının olduğunu diqqətə çatdıran akademik Arif Həşimov perspektivli müasir gənclərin hesabına elmi məktəblərimizi, kadr potensialımızı qoruyub saxlamağın və inkişaf etdirməyin əhəmiyyətini vurğulayıb. Akademiyada tətbiqi xarakterli işlərin genişləndirilməsinə tələbat olduğunu deyib. Gələcəkdə aparılacaq tədqiqatların sənayenin, kənd təsərrüfatının, iqtisadiyyatın müxtəlif sahələrinə tətbiqinin zəruriliyini bildirib. Gəncləri bu istiqamətdə təşəbbüskarlığı ələ almağa, AMEA-da tətbiq işlərinin həyata keçirilməsində aktiv olmağa çağırıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev gənclərin elmi, elmi-təşkilati fəaliyyətində mövcud problemlərini əks etdirən bir sıra məsələlərə toxunub. O, gənclərin elmə həvəsinin artırılması məqsədilə il ərzində elmi, elmi-təşkilati fəaliyyətində fərqlənən gənclərin stimullaşdırılması üçün AMEA-nın mükafatının yaradılmasını təklif edib. Qrant layihələrində iştirak kimi məsələlərin şuranın prioritet istiqamətlərindən biri olduğunu deyən Elmir Babayev bu gün AMEA-nın gənc alimlərinin Elmin İnkişafı Fondu, SOCAR-ın Elm Fondu və Azərbaycan Respublikasının Gənclər Fondunun qrant proqramlarında geniş iştirak etdiyini, lakin beynəlxalq qrantlarda işin qənaətbəxş səviyyədə olmamasını söyləyib. Onun sözlərinə görə, bu istiqamətdə problemlərin həlli üçün AMEA-nın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin dəstəyi və təşkilatçılığı ilə gənclər üçün maarifləndirici seminarlar keçirilib.

O, həmçinin elmi konfranslar, simpoziumlar, təcrübə proqramları hesabına gənclərin beynəlxalq əlaqələrinin genişləndirilməsi, potensiallı gənclərin erkən dövrdə aşkar olunması, onların elmi, elmi-təşkilati qabiliyyətlərinin inkişaf etdirilməsi və sosial mühitin balanslaşdırılması üçün regionlarda elmin inkişafı və s. təkliflərini səsləndirib.

Akademiyanın elmi müəssisələrinin Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri çıxış edərək təkliflərini və problemlərini səsləndiriblər. Təkliflərdə müasir avadanlıqlardan istifadə etməklə özünümaliyyələşdirmə imkanlarının genişləndirilməsi, məktəblərdə, liseylərdə görüşlər keçirərək istedadlı kadrların elmə yönləndirilməsi yer alıb. Region məktəblərində seysmoloji maarifləndirmə işlərinin həyata keçirilməsi, yerli qrant verən təşkilatların sayının artırılması, doktoranturadan xarici dil imtahanına hazırlaşmaq üçün akademiyanın dəstəyi ilə ingilisdilli müəllimlərin cəlb edilməsi qeyd olunub. AMEA əməkdaşlarına Dövlət İmtahan Mərkəzinin doktorantura imtahanları üçün ödənişlərə köməyin göstərilməsi, ərəb və fars dillərinin doktorantura və dissertantura üzrə minimum imtahanlarına daxil edilməsi təklif olunub. Eyni zamanda, gənclərin təcrübə keçmək üçün xaricə göndərilməsi, epiqrafiya sahəsində kadrların yetişdirilməsi məsələləri diqqətə çatdırılıb.

AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva qeyd edib ki, gənclərin xaricdə təcrübə keçmələri üçün bir çox proqramlar mövcuddur və hər ay onlar barədə məlumatlar AMEA-nın elmi müəssisə və təşkilatlarına göndərilir. Esmira Əlirzayeva hazırda mövcud proqramlar sırasında İslam İnkişaf Bankının (İİB) geniş imkanlar açdığını və AMEA-nın bir neçə gənc əməkdaşının İİB-nin maliyyə dəstəyi əsasında doktorantura, postdoktorantura təhsili aldığını söyləyib. O, həmçinin müvafiq dövlət orqanlarının rəyi əsasında xaricdə doktorantura təhsili almağa gedən gənclərin iş yerlərinin və əməkhaqlarının saxlanılacağını diqqətə çatdırıb.

Bundan əlavə, Avropa Komissiyasının Tədqiqat və İnnovasiya Proqramı olan “Horizon Avropa” barədə məlumat verən Esmira Əlirzayeva Azərbaycan alimlərinin tədqiqatlarına xaricdə geniş marağın olduğunu, beynəlxalq konsorsiuma daxil olmaqla alimlərimizin xarici həmkarları ilə birgə “Horizon Avropa” Proqramı çərçivəsində neft-qaz, yer elmləri, folklorşünaslıq, şərqşünaslıq və digər sahələrdə araşdırmalar apara biləcəklərini vurğulayıb, gəncləri rəhbərlik etdiyi şöbə ilə sıx əməkdaşlığa çağırıb.

AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov qeyd olunan təkliflərin həyata keçirilməsi, avadanlıqlardan birgə istifadə və gənclərin müştərək tədqiqatlar aparması üçün AMEA-da Gənclərin İnnovativ Mərkəzinin və yaxud Gənclərin Mükəmməllik Mərkəzinin yaradılmasını təklif edib.

Akademik Arif Həşimov səsləndirilən təkliflərin ümumiləşdirilərək AMEA Rəyasət Heyətinə təqdim olunmasını tövsiyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH