Ali Məclisin komitə iclasları keçirilib
Naxçıvan, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti, Sosial siyasət, İqtisadi siyasət və Humanitar siyasət komitələrinin iclasları keçirilib.
Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iclaslarda VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin 2025-ci ilin ötən dövrü ərzində fəaliyyətlərinə dair hesabatları diqqətə çatdırılıb, məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.