SİYASƏT
ALMANİYADA DAHA BİR AZƏRBAYCAN CƏMİYYƏTİ RƏSMİ FƏALİYYƏTƏ BAŞLAYACAQDIR
Sentyabrın 6-da Almaniyanın Berlin şəhərində daha bir Azərbaycan cəmiyyətinin rəsmi təqdimat mərasimi keçiriləcəkdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, “Odlar Yurdu” adlı bu cəmiyyət Azərbaycanın, onun mədəniyyətinin tanıdılmasını, Almaniyada yaşayan soydaşlarımızın birləşdirilməsini, burada təhsil alan tələbələrimizə yardım göstərilməsini qarşısına başlıca məqsəd qoymuşdur.
Cəmiyyətin təqdimat mərasimində Azərbaycanın Almaniyadakı səfirliyinin, Komitənin Avropa ölkələrində ezamiyyətdə olan əməkdaşları, Berlin türk dərnəkləri və Almaniya Yəhudi İcmasının nümayəndələri, eləcə də bu ölkədə təhsil alan tələbələrimiz iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [16:56]
MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var
- 02.07.2024 [16:00]