DÜNYA
Almaniyada etiraz aksiyaları fonunda hərbi andiçmə mərasimi keçirilib
Berlin, 21 noyabr, AZƏRTAC
Bu günlərdə AFR-də Bundesverin yaradılmasının ildönümü qeyd edilib. Bu ölkədə silahlı qüvvələri məhz belə adlandırırlar. AZƏRTAC xəbər verir ki, müharibədən sonrakı Almaniyanın sıfırdan yaradılan yeni ordusunun ilk könüllüləri düz 64 il əvvəl hərbi and içiblər.
Budur bu gün Almaniya ordusunun təqribən 400 yeni əsgəri təntənəli hərbi andiçmə mərasimində iştirak edib. Sonuncu belə mərasim 2013-cü ildə keçirilib.
Ölkənin Müdafiə naziri Anneqret Kramp-Karrenbauer yeni əsgərlər qarşısında çıxış edərək bildirib ki, ölkə ordusu Almaniya dövlətinin ayrılmaz tərkib hissəsidir və məhz buna görə də parlamentin binası qarşısında belə mərasimlər keçirilməlidir.
Yeri gəlmişkən, yeni əsgərlərin andiçmə mərasimi belə militarist şounun başqa ölkələrə təhlükəli siqnal ötürdüyünü hesab edən pasifist hərəkatların etiraz aksiyaları fonunda keçirilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin