SİYASƏT
AMBRUAZ DÜPON: “AZƏRBAYCAN REGİONUN ƏN İNKİŞAF ETMİŞ ÖLKƏSİDİR”
Sual: Cənab senator, Azərbaycana səfərinizin yekunları ilə bağlı açıqlama verməyinizi xahiş edirik?
Cavab: Ölkənizə Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun proqramı çərçivəsində bir neçə dəfə səfər etmişik. Budəfəki səfərimiz isə ölkənizdə demokratik dəyişikliklərin baş verdiyi bir vaxta təsadüf etmişdir. Məqsədimiz bu dəyişiklikləri yaxından izləmək və çoxdan başladığımız mədəni əlaqələri inkişaf etdirməkdir. Rayonlara da səfər etmişik. Azərbaycanda gördüklərimiz bizdə xoş təəssüratlar yaradıb. Ümid edirik ki, bu dəyişikliklər ölkənizin daha da inkişaf etməsinə və çiçəklənməsinə səbəb olacaqdır.
Sual: Siz Senatda Qafqaz üzrə dostluq qrupunun rəhbəri kimi regiondakı münaqişələrlə bağlı nə deyə bilərsiniz. O cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı?
Cavab: Bəli, Qafqazda mürəkkəb məsələlər çoxdur və bu münaqişələr regionun inkişafına ciddi əngəllər yaradır. Dağlıq Qarabağ münaqişəsi də çətin və ağrılı bir məsələdir. Fransa prezidenti Jak Şirak və senatın sədri Kristian Ponsle, biz və eləcə də bütün Fransa xalqı münaqişənin tezliklə ədalətli həllini istəyirik. Amma seçkiqabağı müddətdə bu məsələyə bir qədər ehtiyatla yanaşmaq lazımdır. Sizə deyə bilərəm ki, seçkilərdən dərhal sonra Fransanın rəsmiləri məsələ ilə ciddi məşğul olacaqlar. Hətta cənab Ponslenin Azərbaycana səfəri də nəzərdə tutulub.
Sual: Siz münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prinsipini necə qiymətləndirirsiniz?
Cavab: Dövlətlərin ərazi bütövlüyü qorunmalıdır. Azərbaycan bu gün regionun ən inkişaf etmiş ölkəsidir. Mən ümid edirəm ki, bu münaqişənin ədalətli həlli ölkənizin daha da çiçəklənməsinə zəmin yaradacaqdır. Bu, region dövlətləri üçün də əhəmiyyətlidir.
Siz də sağ olun.