SİYASƏT
Amerikanın “The Huffington Post” qəzeti Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə məqalə dərc edib
![Amerikanın “The Huffington Post” qəzeti Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə məqalə dərc edib](/files/2014/3/1200x630/14099911014082030325_1200x630.jpg)
Klod Salhani yazır ki, münaqişənin həllinin üç yolu var. Tərəflər status-kvonun davam etdirilməsinə razılaşa və bir-birini atəşə tutmağı və hərbi ritorikanı davam etdirə bilərlər. Bu variantın müsbət və mənfi tərəfləri var. İlkin mərhələdə üstünlük Ermənistanın tərəfində olacaq, çünki o hələ də Sovet İttifaqının dağılması zamanı zəbt etdiyi torpaqları - Azərbaycan ərazisinin işğal altında olan iyirmi faizini nəzarətdə saxlayır. Müəllifin fikrincə, lakin bu, Ermənistan üçün uzaqgörən variant deyil. Çünki bu, gələcəkdə müvafiq hərbi eskalasiya üçün əsas yaradacaq. Bakı müəyyən məqamlarda hiss edir ki, onun başqa variantları qalmayıb.
İkinci variant - məsələnin müharibə yolu ilə həllidir. Bu zaman Azərbaycan qeyd-şərtsiz hərbi üstünlüyə malik olacaq. Lakin bu variantda risklər mövcuddur. Çünki bu, regional toqquşmaya gətirib çıxara bilər.
Sonda müəllif üçüncü varianta - iki tərəf arasında dialoqa və münaqişənin sülh yolu ilə həlinə çağırır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton