Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aprelin təbiət şıltaqlıqları xalq təqvimində

Aprelin təbiət şıltaqlıqları xalq təqvimində

Naxçıvan, 9 aprel, AZƏRTAC

Martın 21-də yazın gəlməsinə baxmayaraq, havalar şıltaqlıq edir, qar yağır, bəzən aprelin ortalarınadək soyuq olur. Bu zaman istər heyvandarlıqda, istərsə də əkinçilikdə çətinliklər yaranır. Buna görə də Naxçıvanda baharın ilk ayı “qara yaz” adlanır.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşına müsahibəsində bu barədə danışan tədqiqatçı-jurnalist Zaleh Novruzov deyir ki, xalq təqvimində ilk ayın bu şəkildə adlandırılması təsadüfi deyil. Çünki qədim zamanlarda bu dövrdə qış azuqəsi tükənir. Çöldə heyvanın otlaması üçün ot-ələf olmur. Xalq tərəfindən “qara yaz” ayının özü də bir neçə yerə bölünüb və onlara müxtəlif adlar verilib. Naxçıvanın bəzi bölgələrində martın 6-dan aprelin 6-na kimi olan dövrə “murdar üşüyən ay” da deyirlər. Aprelin 15-nə kimi olan dövrə isə “qarının borcu”, “qarının mərdi” deyirlər.

Apreldən 15 gün “borc” alan ay

Rəvayətə görə, havanın qərarsız olması, çöldə heyvanların ot-ələf tapa bilməməsindən narahat olan qarı nənə martın çıxmasına sevinir. Sevinci yerə-göyə sığmayan qarı nənə martın arxasınca deyinir:

Əldən aldın yorğanım,

Dərdə düşdü oğlağım.

Borca getdim samana.

Pislik qaldı yamana.

Mart, gözüvə barmağım,

Yaza çıxdı oğlağım.

Bunu eşidən mart hirslənir, apreldən 15 gün borc istəyir. Aprelin 15-nə kimi havalar yenidən soyuyur, qar yağır. Tədqiqatçı-jurnalistin sözlərinə görə, təbiəti uzun illər müşahidə edən babalarımız “qara yaz” çıxana kimi ehtiyatlarını tükətməz, ev üçün yanacaq, mal-heyvan üçün isə yem ehtiyatı saxlayardılar. Atalarımız deyiblər ki, bu dövr üçün 40 şələ odun, 40 çuval saman saxlamaq lazımdır.

“Aprelin 10-dan 15-dək soyuqların tam sovuşmadığı dövr xalq tərəfindən “kərnəbut” (kərnəvurt) da adlandırılıb. El arasında deyirlər ki, bu vaxta qədər Naxçıvanda basdırılmış üzüm və narın üstünü açmazlar. Bəziləri kərnəbutun Novruzdan 10 gün, bəziləri isə 15 gün keçmiş olduğunu deyirlər. Yaşlı sakinlərin sözlərinə görə, xalq arasında aprelin 5-7-nə kimi olan dövr “camışqıran” da adlandırlıb. Belə bir məsəl var ki, qorx aprelin (nisan) beşindən, öküzü qoyar işindən”, - deyə Zaleh Novruzov vurğulayıb.

Leyləyin yumurtasının üstünə qar yağmazsa...

Ata-babalarımız fenoloji müşahidələrə əsasən bu dövrdə yağan qar, yağış, doluya da müəyyən adlar qoymuşlar. Yazın girməsi ilə əlaqədar köçəri quşlar isti ölkələrdən qayıtmağa başlayır. Yazın ilk günləri sığırçınlar gəlir, bu vaxt qar əriyir, havalar istiləşir, lakin axşamlar su donur. Xalq arasında hacıleyləyin gəlməsinə xüsusi diqqət yetirilir. Leyləyin gəlişi insanlar arasında sevincə səbəb olurdu. Keçmişdə ilk dəfə leyləyi görən uşaqlar ata-analarına muştuluğa qaçardılar. Ata-analar uşaqların muştuluğunu verdikdən sonra “Leyləyin ağzında nə gördüz?” deyə soruşardılar. Əgər leyləyin ağzında sünbül, ot olduğunu desələr, ilin məhsuldar olacağı, “sümük, çöp gördük” desələr, ilin quraq keçəcəyi güman edilirdi. Xalq arasında belə inam formalaşıb ki, leylək gələn gün az da olsa, qar yağmalıdır. Ona görə Novruzdan sonra yağan qara “leylək qarı” deyirlər. Bir də belə bir deyim var ki, “leyləyin yumurtasının üstünə qar yağmazsa, bala çıxmaz”.

Xalq təqviminə görə, martın yeddisi ilə aprelin yeddisi arasında əsən küləklər “boz külək” adlanır. Bəzən hava quraqlıq keçməklə yanaşı, isti küləklər də əsir. Bu isə “qara yel” adlanır. Mirzə Ələkbər Sabir də “Əkinçi” satirasında “Əsdi qara yel, çəltiyə, bostana, nə borcum” yazmışdır.

Çoban yarması nədir?

Erkən yazda mülayim, isti küləklərin də əsdiyini vurğulayan Zaleh Novruzov qeyd edib ki, bu, ağacların tumurcuqlarının açılmasına səbəb olur. Belə küləyə “tumurcuq açan” külək deyilir. Yazda yarıqar, yarıdolu formalı yağıntı düşür ki, bu da “çoban yarması” adlandırılır. Bəzən günəşli havada qısamüddətli yağış yağır. Buna isə “tülkü toyu”, “qurd quzulaması” deyilir.

“Yazda təbiətlə bağlı digər inanclar da mövcuddur. İnanca görə, göy guruldamasa, çöldə bitən pencərləri yemək düzgün deyil. Axır çərşənbədə oynanılan “kodu”, “qodu-qodu” mərasimi oyun olmayıb, digər vaxtlarda yağış və ya Günəşi çağırmaq üçün keçirilən mərasimdir”, - deyən tədqiqatçı-jurnalist qeyd edir ki, il quraqlıq keçəndə qırx keçəlin adı tutular, ipə qırx düyün vurularaq suya atılardı. Digər bir inanca görə, bu dövrdə ulağın başını yuduqda yağış yağar. Çox yağış yağdıqda isə palçıqdan kökə düzəldib təndirə yapardılar ki, yağış kəssin.

Bütün bunlarla yanaşı, nənə-babalarımız ilin bolluğunun, xeyir-bərəkətinin bu ayla bağlı olduğunu çox gözəl bilirdilər. Bu mövsümdə dağlarda su ehtiyatı olan qarın əriməsi, su anbarlarında su toplanması bulaqların sulu, dağ-dərədə otun bolluğundan xəbər verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub