ARTIQ QURTULUŞUMUZUN BƏHRƏSİNİ HƏR BİR VƏTƏNDAŞ GÜNDƏLİK HƏYATINDA HİSS EDİR
AZƏRTAC xəbər verir ki, bu fikir iyunun 13-də Qaradağ rayonunda Milli Qurtuluş gününə həsr olunmuş toplantıda səslənmişdir.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın xilaskar oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül-çiçək düzülmüşdür.
Toplantıda “Milli Qurtuluş günü yeni Azərbaycanın yaranma tarixidir” mövzusunda məruzə ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Hüseyn İsrafilov bu günün tarixindən danışmış, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycana yeni həyat bəxş etdiyini vurğulamışdır. Natiq demişdir ki, ulu öndərimizin ideyalarını yaşatmaq naminə hər kəs öz işinə vicdanla yanaşmalıdır.
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov dahi rəhbərimizin tarixi qayıdışının əhəmiyyətindən bəhs etmişdir. Bildirmişdir ki, artıq qurtuluşumuzun bəhrəsini hər bir vətəndaş gündəlik həyatında hiss edir.
Çıxışlarda dəfələrlə qeyd olunmuşdur ki, qaradağlılar bundan sonra da Heydər Əliyev siyasətini qətiyyətlə müdafiə edəcək, Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]