ARXİV MÜDİRLƏRİ ŞTATLARININ İXTİSARI ƏHALİ ÜÇÜN PROBLEM YARADIR
Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı 2002-ci il ərzində saxlanılmaq üçün 384 iş qəbul etmişdir. Filialın direktoru Gülnarə Mahmudzadənin sözlərinə görə, bu, planda nəzərdə tutulduğundan, demək olar, iki dəfə azdır. Arxiv işi haqqında fərmanları və direktiv sənədləri rəhbər tutaraq, hər il dövlət mühafizəsinə təxminən 700 iş qəbul etmək nəzərdə tutulmuşdur. Lakin bir çox müəssisələrdə arxiv müdirləri vəzifələrinin ştat cədvəlində ixtisar edilməsi ilə əlaqədar müvafiq əməliyyatları aparmaq olmur. Müxtəlif sənədlərin alınması, bərpa və təsdiq olunması üçün müraciət edən onlarca şəhər sakini müəyyən problemlərlə qarşılaşır.