SİYASƏT
AŞPA-NIN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLƏCƏKDİR
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti sentyabrın 14-də Azərbaycana üçgünlük səfərə gələcəkdir.
Avropa Şurasının Bakıdakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Andreas Qrossun başçılıq etdiyi nümayəndə heyəti səfər zamanı respublikada seçkiqabağı vəziyyətlə tanış olacaq, prezidentliyə namizədlərlə, habelə dövlət qurumlarının nümayəndələri ilə bir sıra görüşlər keçirəcəkdir.
Sentyabrın 16-da “Həyat Recensi-Naxçıvan” mehmanxanasında səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [16:56]
MSK sədri: Naxçıvanda seçki məntəqələrində bir sıra problemlər var
- 02.07.2024 [16:00]