AŞPA-NIN SƏDRİ İLƏ GÖRÜŞ
Azərbaycan nümayəndə heyətinin üzvlərindən Səməd Seyidov və Rəfael Hüseynov Avropa Şurası Parlament Assambleyasının sədri R.Şiderlə görüşmüşlər. Səmimi şəraitdə keçmiş görüşdə Avropa Şurası ilə Azərbaycan arasında münasibətlərin bir sıra problematik məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı cənab Şiderdən R.Hüseynovun hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində nüvə texnologiyası və nüvə tullantıları” adlı tövsiyə üçün qətnaməni şəxsi nəzarətində saxlamağı xahiş edilmişdir. AŞPA-nın sədri mühüm əhəmiyyət daşıyan və 30 ölkədən 80 deputatın imza atdığı sənədə xüsusi diqqət yetirəcəyini vəd etmişdir.
Azərbaycanın AŞPA yanında diplomatik nümayəndəsi, səfir Aqşin Mehdiyev görüşdə iştirak etmişdir.
Əçgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq