Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Bakı, 8 avqust, AZƏRTAC

2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Vaşinqton şəhərində keçirilmiş görüşə dair Birgə Bəyannaməni imzaladılar.

Birgə Bəyannamə Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələni və Ağ Evin Cənubi Qafqaz siyasətində rəsmi Bakının prioritetlərini dəstəkləməsini nümayiş etdirir. Yeddi maddədən ibarət sənəd Azərbaycan-Ermənistan sülh gündəmində ABŞ-nin mövqeyini yeniləyərək, onu Cənubi Qafqazdakı reallıqların nəticələri ilə uyğunlaşdıran struktura malikdir.

TRIPP – müasir nizamda yenilik

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm Ermənistanla müharibədə, həm də sülh prosesində qələbə qazanıb.

Azərbaycan bununla Ermənistanın işğal və revanşist doktrinasını dəyişdirmək üçün göstərdiyi prinsipiallıqda real nəticələr əldə edir. Bu dövrdə Ermənistan sülhə məcbur edilib və sülh üçün sənədin paraflanması ABŞ-nin vasitəçiliyi ilə baş tutub. Azərbaycanla Ermənistan arasında ABŞ-də sülh müqaviləsinin paraflanması uzun prosesin məntiqi nəticəsi idi.

Bu proses Azərbaycanın Ermənistanla sülh müqaviləsi üçün irəli sürdüyü beş baza prinsipinə Vaşinqton tərəfindən xüsusi dəstəyini qazandırıb. Qeyd edək ki, Azərbaycan 2022-ci ilin fevralında Ermənistana suverenlik meyarlarında əsaslanan 5 baza prinsipi təqdim edib. Bu təkliflərin mətni və detalları 2022-ci ilin martında ictimaiyyətə açıqlanıb.

- Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Həmin prinsiplər Azərbaycanın qurulmaqda olan yeni dünya nizamındakı mövqelərini möhkəmləndirərək yeni tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yaranmasını şərtləndirir.

Bu çərçivədə regionda kommunikasiyaların açılması prinsipi beynəlxalq oyunçuların iştirakı ilə reallaşan transmilli layihələr üçün fundamental hüquqi zəmin rolunu oynayır.

Başqa sözlə, Donald Trampın Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” -TRIPP) prioritetlərini dəstəkləməsinin məzmunu Azərbaycanın nəqliyyat-logistika üzrə strategiyasına uyğun formada qurulub. Razılaşmaya əsasən, ABŞ-nin rəhbərlik etdiyi konsorsium Ermənistan hakimiyyəti ilə birlikdə TRIPP marşrutunu inşa edəcək və bu da öz növbəsində Azərbaycanın quru yolla Naxçıvana birbaşa çıxışını təmin edəcək.

Bu, TRIPP marşrutunun təchizat və logistika zəncirlərində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) inteqrasiyasını sürətləndirir. Azərbaycan üçün Orta Dəhlizin bütün seqmentlər üzrə böyüməsi və infrastrukturun inkişaf etdirilməsi strateji məsələdir. TRIPP marşrutunun əhəmiyyəti Azərbaycan-ABŞ əlaqələri, prosesdə Ermənistanın iştirakı fonunda aşağıdakı strateji istiqamətləri müəyyənləşdirir:

TRIPP Prezident İlham Əliyevin rəhbərliyi ilə irəli sürülən Azərbaycan-Ermənistan sülh formulu əsasında Xəzər regionuna daha böyük faydalar verə bilər.

ABŞ Mərkəzi Asiya ilə Cənubi Qafqazdakı prioritetlərini vahid geosiyasi məkan kimi təyin edərək Azərbaycanın bu iki regiondakı maraqlarına dəstək göstərir. Azərbaycan burada TRIPP vasitəsilə təchizatların Mərkəzi Asiyadan Avropaya və ondan kənara çatdırılmasını daha səmərəli edən mərkəz rolunu oynayır.

Ermənistan Azərbaycanın tələb etdiyi Konstitusiya dəyişikliklərinin gözlənilən nəticələrini TRIPP-in çərçivəsi ilə eyniləşdirir. Bu, Azərbaycanın iştirakı ilə Ermənistanın iqtisadi təcriddən çıxarılmasını stimullaşdırır. Bu amil Ermənistan üçün “xilas kəməri” layihəsində Azərbaycanın mövqeyini daha üstün yerlərə çıxarır.

Strateji tərəfdaşlığın xüsusiyyətləri

ABŞ kimi supergücün Prezident İlham Əliyevin irəli sürdüyü təhlükəsizlik və sülh çərçivələrini inkişaf etdirmək planları Bakı-Vaşinqton əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

Vaşinqtona səfər zamanı qeyd olunan Birgə Bəyannamə ilə bərabər, Prezident İlham Əliyevin iştirakı ilə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə ABŞ Prezidenti tərəfindən Sərəncam imzalanması da diqqət çəkir. 907-ci düzəlişin tətbiqinin dayandırılması Azərbaycan-ABŞ hərbi-texniki əməkdaşlığını üfüqdə göstərir.

Prezident İlham Əliyevin Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyanla görüşü çərçivəsində əlavə olaraq hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” paraflanıb, habelə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edilərək Minsk prosesinin və onunla əlaqədar strukturların tamamilə ləğvi barədə sənəd imzalanıb.

Bunlar regionun gələcək münaqişələrdən uzaqlaşmasının vacib elementlərini və buna ABŞ-nin dəstək mexanizmlərini ehtiva edir. Prezident İlham Əliyevin strateji qərarları güc mərkəzlərini Cənubi Qafqazda dominantlıq ambisiyasından uzaqlaşmağa məcbur etməklə konstruktiv əməkdaşlığa yönəldir.

Bu prosesdə Azərbaycan-ABŞ əməkdaşlığının strateji çalarları önə çıxır. Dövlətimizin başçısı Vaşinqtonda liderlərin mətbuata bəyanatları zamanı deyib: “Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir. Çünki dünyanın ən qüdrətli ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olmaq həm fürsətdir, həm də məsuliyyət. Bu strateji tərəfdaşlıq formatı bir çox vacib sahələri əhatə edir - qarşılıqlı sərmayə, ticarət, enerji, bağlılıq, tranzit, süni intellekt, müdafiə sahəsində kontraktlar və terrorizmlə mübarizə”.

Azərbaycanla ABŞ strateji tərəfdaşlığı regionda prestijli əməkdaşlıq modeli üçün yaxşı çıxış yoludur. Ancaq gedişatın məntiqi davamı üçün tamamlayıcı xətlər lazım idi ki, o da dörd hadisədə özünü göstərdi:

- Prezident İlham Əliyevlə Donald Tramp arasında 2026-cı ilin yanvarın 21-də məktub mübadiləsi oldu;

- 2026-cı il yanvarın 22-də Prezident İlham Əliyevin Donald Tramp ilə görüşü keçirildi. Prezident İlham Əliyev həmin gün “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində iştirak etdi;

- Fevralın 10-da ABŞ-nin Vitse-prezidenti Cey.Di.Vens Azərbaycana səfər etdi. Səfər çərçivəsində ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalandı;

- Prezident İlham Əliyev fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasına qatıldı.

İclasda prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyən Donald Tramp vurğuladı ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq. ABŞ Prezidenti Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür edərək dedi: “Bilirsiniz, müharibə edəndə onun xərcləri sülhün dəyərindən 100 qat artıq olur. Orada sonda əyləşən cənabı (Prezident İlham Əliyevi - red.) görürük. O gülümsəyir. Otuz il mübarizədən sonra bu, aydın oldu, elə deyilmi? Otuz il müharibə gedib və biz onun öhdəsindən gəldik”.

Sülh Şurası ABŞ-nin rəhbərliyi altında münaqişələri sonlandırmaq strategiyası ilə bərabər, ABŞ maraqlarının TRIPP marşrutu üzərində cəmləşdirilməsini təmin edir. Şura BMT-yə alternativ təşkilat kimi yaradılıb – bu, Prezident İlham Əliyevin BMT-nin yenilənməsi ilə bağlı çağırışlarına cavab verən qərarın göstəricisidir.

Nəticə etibarilə ötən il avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar, imzalanan sənədlər, ondan sonrakı proseslər Azərbaycan Prezidenti İlham Əliyevin sülh və təhlükəsizlik üçün səylərinin uğurlu olduğunun barometridir. ABŞ-Azərbaycan əlaqələrindəki strateji istiqamətləri TRIPP marşrutu ilə Sülh Şurası arasındakı əlaqələri koordinasiya edən məqam kimi xarakterizə etmək olar.

Bu cür addımlar həlledici zamanda olmaqla Azərbaycana qarşı informasiya əməliyyatları ilə təşkilatlanmış qüvvələrə ağır zərbə vurur. Azərbaycana qarşı iqtisadi və siyasi təzyiq göstərmək üçün təlimat almış qüvvələrin qabiliyyəti zəifləməklə Bakının regional indeksdəki mövqeləri dəyişməz reallıq kimi qəbul edilir.

Müəllif - Aqşin Kərimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MDU və Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub