Astara Modul tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsi intensiv yağışlar səbəbindən subasmaya məruz qalıb




Bakı, 15 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Astara rayonunun Ərçivan qəsəbəsi ərazisindəki Astara Modul tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsinin intensiv yağışlar səbəbindən subasmaya məruz qalması barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Dərhal əraziyə FHN-in Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.
Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [19:39]
Mövsümi allergiyalardan necə qorunmaq olar? VİDEO
- 16.05.2025 [19:09]
MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib
- 16.05.2025 [18:48]
Azərbaycan Aktauda keçirilən beynəlxalq forumda təmsil olunub
- 16.05.2025 [18:47]
Xocasəndə taxta sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 16.05.2025 [18:46]
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
- 16.05.2025 [18:32]