Sankt-Peterburqda daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı görüş keçirilib
Bakı, 27 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib.
AZƏRTAC Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, Forumda “Məkan məlumatları - ərazilərin inkişafının əsasıdır” panelində çıxışlar olub və müzakirələr aparılıb.
Qeyd olunub ki, daşınmaz əmlakın tam və dəqiq reyestrinin aparılması məkan məlumatlarının infrastrukturunda əsas rol oynayır. Bu məlumatlar daşınmaz əmlakın yerləşməsi və ölçülərindən, torpaq sahələrinin göstəricilərindən, mülkiyyət hüququndan və digər informasiyalardan ibarətdir. Məlumatların vahid və dəqiq olması ölkənin sosial-iqtisadi inkişafı, investisiya imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Rusiya Federasiyasının Dövlət Qeydiyyatı, Kadastrı və Xəritəçəkmə üzrə Federal Xidmətində keçirilmiş görüşdə isə daşınmaz əmlakın qeydiyyat prosesinin optimallaşdırılması, rəqəmsallaşdırılması, avtomatlaşdırılması və süni intellektin tətbiq edilməsi sahəsində yeniliklər barədə iştirakçılara məlumat verilib.
Qeyd edilənlərlə bağlı qurumlararası əməkdaşlıq məsələləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollarda satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:18]
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır
- 08.06.2026 [16:55]