Azərbaycanın xarici işlər naziri Tbilisidə Ulu Öndərin abidəsini ziyarət edib
Tbilisi, 27 iyun, AZƏRTAC
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində paytaxt Tbilisidə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nazir abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıb.
Ceyhun Bayramov, həmçinin Tbilisidə yerləşən "Qəhrəmanlar meydanı" abidəsini də ziyarət edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi