Azərbaycan Dövlət İnformasiya Agentliyi

Atasının taleyini yaşayan övlad - deportasiya dəhşətləri unudulmur

Atasının taleyini yaşayan övlad - deportasiya dəhşətləri unudulmur

Gəncə, 25 noyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Ötən əsrin 80-ci illərinin sonunda ermənilər tərəfindən el-obasından, evindən didərgin salınanlar arasında Qərbi Azərbaycanın Amasiya rayonunun Oxçuoğlu kəndinin sakinləri də var. Qərbi Arpaçayın sağ sahilində yerləşən kəndin əhalisinin taleyinə qaçqınlıq, yurd həsrəti, nisgil yazılıb. Qədim türk yurdu Oxçuoğlu oraya gəlin köçən Azadə Rüstəmova üçün də doğma diyara, əziz yurda çevrilib. 71 yaşlı kənd sakini AZƏRTAC-ın bölgə müxbirinə Oxçuoğluda keçən günlərindən, xoş xatirələrindən, qaçqın həyatının ağırlığından danışıb.

Onun sözlərinə görə, kəndi, ev-eşiyini, 10 ilə yaxın müəllim işlədiyi məktəbi, şagirdlərini, bir sözlə, oraya aid bütün xatirələri bugünkü kimi yaddaşındadır. “Atam Daşdan Rüstəmov Amasiya rayonunun Düzkənd kəndindən idi. 1948-ci ildə anası, bacıları ilə birgə ermənilər tərəfindən deportasiyaya məruz qalaraq Bakıya üz tutub. Anamla ailə qurduqdan sonra Mingəçevirdə yaşamağa başlayıblar. 1953-cü ildə mən orada anadan olmuşam. İndiki adı ilə Bakı Dövlət Universitetini bitirmişəm. 1977-ci ildə Oxçuoğlu kəndinə gəlin köçmüşəm”, - deyən Azadə Rüstəmova atasının yaşadığı qaçqınlıq həyatının ağrı-acısını illər sonra özünün də yaşayacağından xəbərsiz şəkildə bu yurda bağlanıb. O, Oxçuoğlunun səfalı, zəngin adət-ənənlərə malik, gözəl kənd olduğunu bildirir.

“Kəndin adının "Kitabi-Dədə Qorqud" dastanındakı Ənsə Qoca oğlu Oxçunun adı ilə əlaqədar olaraq, oxçuoğlu etnonimindən yarandığı deyilir. Oğuzların irsini yaşadan yurd yerindəki qəbiristanlıqda üzərində qədim yazılar olan köhnə daşlar var idi. Kənddə mədəniyyət evi, kitabxana, böyük məktəb fəaliyyət göstərirdi. Həyat yoldaşım Ziyadxan Məhərrəmov məktəbdə fizika və riyaziyyat, mən isə Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edirdik”, - deyən müsahibim vurğulayır ki, kənddə ancaq azərbaycanlılar yaşayıb.

Ərazisindən çay keçən yurd yerində torpaq münbit olub, əhali əsasən əkinçilik və heyvandarlıqla dolanıb. İnsanlar şad və kədərli günlərində bir-birinin yanında olublar. “Novruz bayramını çox təmtəraqlı keçirirdik. Tonqallar çatılardı, yallı gedilərdi, körpə uşaq beşiyinə, yeni evlilərin evinə aydınlıq olsun deyə su səpilərdi, dadlı təamlarla süfrələr qurulardı. Qışda xəşil, əvəlikli aş, qovurma edərdik, soyuqdəyməyə də yaxşı təsir edərdi. Təndirdə çörək bişirməyi də orada öyrəndim”, - deyən müsahibimin üzündə təbəssüm yaranır.

 

Azadə Rüstəmova işlədiyi məktəbdə tədrisin keyfiyyətli olduğunu, məzunların sonralar öz uğurları ilə müəllimlərinin qüruruna çevrildiyini də qeyd edir. Məktəbə həvəslə gələn şagirdlərin bilikli, savadlı olması üçün azərbaycanlı müəllimlər əllərindən gələni əsirgəməyiblər. “Məktəbimizdəki tədbirlərdə pianoda ifa edirdim, uşaqlar görkəmli bəstəkarlarımızın əsərlərini dinləməyi çox sevirdilər, ədəbiyyatımıza böyük maraq göstərirdilər. Başqa yerlərdən dərs deməyə gələn erməni müəllimlər isə bizə həsəd aparırdılar. Şagirdlərin dediyinə görə, onlar dərs zamanı işarət barmağı ilə uşaqların başına döyəcləyərək, “Siz türklər oxuyan deyilsiz” deyib, onları ruhdan salmağa çalışırlarmış”, - deyə həmsöhbətim bildirir. O, azərbaycanlıların hər yerdə sıxışdırıldığını, şəhərə alış-veriş üçün üz tutduqları zaman erməni satıcıların onlara mal satmadıqlarını, azərbaycanlılardan nəsə alanda isə ən ucuz qiymət təklif etdiklərini də xatırlayır. Ali savadlı azərbaycanlıları ağır işlərə cəlb etmək istəyən ermənilər gizli və ya aşkar şəkildə öz nifrətlərini büruzə verirlərmiş: “Kolxozumuzun sədrini qəsdlə qəza şəraiti yaradaraq, qonşu kənddən Natiq həkimi isə zəhərləyərək öldürmüşdülər. Həyat yoldaşım həm də sənətkar idi. Bir dəfə möhkəm xəstələnmişdi. Təsəvvür edin, iş o yerə çatmışdı ki, kənddəki insanlar onu şəhərə xəstəxanaya apararkən “Sən danışma, azərbaycanlı olduğunu bilsələr öldürəcəklər, elə bilsinlər ki, lalsan” deyib tənbeh etmişdilər”.

Müsahibim 1988-ci ilin qışında ermənilərin əhaliyə qarşı təhdid və təzyiqlərinin daha da artdığını bildirir. İdarələrdə insanlara lazım olan sənədləri vermirlər, onların kənd ərazisini tərk etməsi, ərzaq gətirməsi təhlükəli hala çevrilir, valideynlər övladlarını məktəb və uşaq bağçalarına belə ehtiyatla göndərirlər. Bu ağır günlərdə zəlzələnin baş verməsi Oxçuoğlu sakinlərini daha da çətin vəziyyətə salır. “1988-ci il dekabrın 7-də məktəbdə idim. Birdən bina silkələndi, pəncərədən baxanda hər yerin toza qərq olduğunu gördüm. Həyat yoldaşım xəsarət almışdı, buna baxmayaraq, bir təhər oradan çıxıb, çayı ayaqyalın keçərək evə qaçdıq. Evimiz zərər görsə də, 3 övladımız da sağ idi. Əksər evlər yararsız vəziyyətdə idi. Təbii ki, bizə yuxarılardan kömək edən olmadı. Ac-susuz, naçar vəziyyətdə idik”, - deyən müsahibim sonda kəndi tərk etmək məcburiyyətində qaldıqlarını söyləyir. O, yaşadıqları çətinliklərin yaddaşlarında silinməz izlər qoyduğunu bildirir: “Saman damına yığılırdıq, kişilər gecələr keşik çəkirdilər. Ermənilər kənddən çıxanların malını talayır, həyatları üçün təhlükə yaradırdılar. Dözülməz vəziyyətə düşüb, mal-mülkümüzü, ev-eşiyimizi orada qoyub canımızı qurtardıq. Demək olar ki, kəndi ən son biz tərk etdik, yoldaşım “Əzizlərimin qəbri buradadır, getməyəcəm”, – deyirdi”.

Azadə Rüstəmovanın sözlərinə görə, övladları ilə birgə çox çətinliklə Samux rayonuna gəlib-çıxa biliblər. Uzaq yolda çəkdikləri məşəqqəti hələ də qəhərlənərək xatırlayır: “Bir nazik geyimdə dona-dona gəldik. 9, 10 yaşlı qızlarım, 5 yaşlı oğlum yolboyu aclıqdan və soyuqdan ağlayırdılar, mən bir ayağımı hiss etmirdim, sonradan xəstələnib, yatağa düşdük. Heç kəs sağ qurtulduğumuza inanmırdı. Yurd həsrətinə məhkum edildik, mənəvi zərər, maddi ziyan gördük. Ürəyimizə dağlar çəkildi”. Hər dəfə xatirələrini dilə gətirərkən də, o torpaqlara qayıdacağına inamını ifadə edir. Bildirir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağa qayıtdığımız kimi, gec-tez Qərbi Azərbaycana da qayıdacaqlar. Onun ləyaqətli qayıdışa, hüquqlarının bərpasına inamı tamdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma ev sahibliyi edəcək

Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb

“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq

Yaşı 18-dək olan şəxslər üçün əmək münasibətləri sahəsində hansı güzəşt və təminatlar var?

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik

Politoloq: Azərbaycanın təşəbbüsləri Orta Dəhlizin və TRIPP layihəsinin reallaşması üçün mühüm zəmin yaradıb

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

Əlilliyi olan gənclərin peşə hazırlığı üzrə növbəti qiymətləndirilməsi təşkil edilib

İngiltərədə şirkət quran azərbaycanlı: Texnologiyanın əvəz etdiyi kadr yox, onu idarə edən mütəxəssis olun

Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır

Azərbaycanda daha bir aqropark yaradılıb

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Çexiyada işsizlik 4,4 faizə yüksəlib

HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram

Azərbaycanda frilans anlayışının qanunvericilikdə təsbit olunması rəqəmsal iqtisadiyyata əlavə dəyər yaradacaq - Ekspert

İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir – Araşdırma

Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb

Alimlər 37 dərəcəlik istiyə davam gətirən tetanus və difteriya peyvəndi hazırlayıblar

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb

UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub

Almaniyada hava limanlarında dronlara qarşı müdafiənin gücləndirilməsi aktuallaşıb

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub