SİYASƏT
ATƏT-İN PARLAMENT ASSAMBLEYASININ SƏDRİ AVROPANIN İNKİŞAFINDA BU TƏŞKİLATIN ƏHƏMİYYƏTİNİ VURĞULAMIŞDIR
B.Corc ATƏT-in Daimi Şurasının iclasında demişdir: “NATO-nun və AB-nin genişlənməsi digər beynəlxalq təşkilatların təsiri olmadan mümkün deyildir. Avropa qitəsində siyasi dəyişikliklərin sərhəd və məqsədlərini məhz ATƏT müəyyənləşdirməlidir. Biz unutmamalıyıq ki, məhz bizim təşkilat Avroatlantika sülh siyasətinin çevik vasitəsidir”.
O nəzərə çarpdırmışdır ki, ATƏT-in üzvü olan 55 dövlət Avropada sabitliyin əsas təminatçısıdır və hər hansı dövlətdaxili və beynəlxalq təhlükəni aradan qaldırmağa qadirdir.
B.Corc xatırlatmışdır ki, 2003-cü il iyulun 9-da ATƏT-in 300 deputatının səs verdiyi Rotterdam Bəyannaməsi təşkilatın rolunu bir daha təsdiq etmişdir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının gücü regionda təhlükəsizliyə və sülhə qarşı hər cür hədələrə çevik münasibət göstərməyə qabil olmasındadır.