SİYASƏT
ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatmışdır
Bakı, 14 mart (AZƏRTAC). ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 14-də Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin cənub-qərb istiqamətində, qoşunların təmas xəttində monitorinq keçirilmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinq insidentsiz başa çatmışdır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, şəxsi köməkçiləri Xristo Xristov və Uilyam Prayor, eləcə də ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Maykl Dolan keçirmişlər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Yevgeni Şarov, eləcə də ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri Pavlo Şamayev nəzarət etmişlər.