DÜNYA
Avropa İttifaqı Qərbi Balkan ölkələrinə yenidən viza rejimi tətbiq edə bilər
Buxarest, 16 oktyabr (AZƏRTAC). Oktyabrın 15-də, Avropa İttifaqının (Aİ) altı ölkəsi Qərbi Balkan ölkələrinin vətəndaşları üçün viza rejiminin yenidən bərpa olunmasını təklif etmişdir. Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Albaniya, Makedoniyadan gələn miqrantların artması, siyasi sığınacaq üçün müraciətlərin çoxalması bu təklifə səbəb kimi göstərilmişdir. Belçika, Lüksemburq, Almaniya, Fransa, Avstriya və Hollandiyanın daxili işlər nazirləri birgə müraciətlərində bu məsələnin Aİ-nin Ədliyyə və Daxili İşlər Şurasının oktyabr sonunda keçiriləcək iclasında müzakirə olunmasını təkid etmişlər.
Avropa Kommisiyasının daxili işlər üzrə sözçüsü Mişel Cercone Avropa Komissiyasının bu məsələ ilə bağlı narahatlığını bildirmişdir.