İtaliyada daşqın nəticəsində itkin düşənlərin ikisinin cəsədi tapılıb
Roma, 2 iyun, AZƏRTAC
İtaliyanın Friuli-Venesiya-Culiya regionunda aramsız leysanın səbəb olduğu daşqın nəticəsində itkin düşənlərin ikisinin cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, ötən gün Natisone çayının daşması nəticəsində itkin düşən ikisi oğlan, biri qız olmaqla üç yeniyetmənin axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam edib. Helikopterlər, mülki-müdafiə briqadalarının qayıqları və dalğıcların cəlb edildiyi əməliyyatlar nəticəsində itkin düşən iki oğlanın cəsədi aşkarlanıb.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]