İDMAN
Azərbaycan basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb
![Azərbaycan basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb](/files/2024/2/1200x630/17173423474758859202_1200x630.jpeg)
Bakı, 2 iyun, AZƏRTAC
Azərbaycanın 3x3 basketbol üzrə milli komandası Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış oyununda yeni yaranmış “Baku Fleyms” komandası ilə qarşılaşan yığma rəqibini 21:6 hesabı ilə məğlub edib.
Azərbaycan seçməsi növbəti matçını bu gün Portuqaliya yığması və Polşanın “Varşava Lotto” kollektivinə qarşı keçirəcək.
İyunun 3-dək davam edəcək turnirdə 8 komanda qüvvəsini sınayır. A qrupunda Azərbaycan, Portuqaliya, “Baku Fleyms” və “Varşava Lotto”, B qrupunda isə Polşa, İtaliya, Rumıniya və “Barselona Panters” komandaları yer alıblar.
Qruplarında ilk pilləni tutan kollektivlər birbaşa yarımfinala yüksələcəklər. II-III yerlərin sahibləri 1/4 finalda qarşılaşacaq və digər yarımfinalçıları müəyyənləşdirəcəklər.
Dünya Qadın Seriyası, Qəbələ mərhələsi
2 iyun
I tur
16:30 Azərbaycan – “Baku Fleyms”
16:55 Polşa – “Barselona Panters”
17:20 Portuqaliya – “Varşava Lotto”
17:45 İtaliya - Rumıniya
II tur
18:10 “Baku Fleyms” – “Varşava Lotto”
18:35 “Barselona Panters” – Rumıniya
19:00 Azərbaycan – Portuqaliya
19:25 Polşa – İtaliya
III tur
20:00 Portuqaliya – “Baku Fleyms”
20:25 İtaliya – “Barselona Panters”
20:50 “Varşava Lotto” – Azərbaycan
21:15 Rumıniya – Polşa