İDMAN
“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub - YENİLƏNİB
Bakı, 2 iyun, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 42-ci dəqiqədə Olavio Juninyo açıb. 57-ci dəqiqə İsmayıl İbrahimli hesabı bərabərləşdirib. “Qarabağ”a kuboku qazandıran qola 62-ci dəqiqədə Abdullah Zubir imza atıb.
Bununla da Ağdam klubu 8-ci dəfə Azərbaycan Kubokunun qalibi olub.
21:30
Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasında üçüncü qol vurulub.
AZƏRTAC xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən matçın 62-ci dəqiqəsində Abdullah Zubir komandasını önə keçirib. Ağdam təmsilçisinin ilk qolunu 42-ci dəqiqədə Olavio Juninyo vurub.
“Zirə”də isə 57-ci dəqiqədə İsmayıl İbrahimli fərqlənib.
Matçda ikinci hissə davam edir.
21:25
Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasında hesab bərabərləşib.
AZƏRTAC xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən matçın 57-ci dəqiqəsində İsmayıl İbrahimli rəqibi cəzalandırıb. Ağdam təmsilçisinin qolunu isə birinci hissənin 42-ci dəqiqəsində Olavio Juninyo vurub.
Matçda ikinci hissə davam edir.
21:14
Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasının ikinci hissəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən matçın ilk hissəsindən sonra Ağdam klubu 1:0 hesabı ilə qalib gəlir. Qolu 42-ci dəqiqədə Olavio Juninyo vurub.
Matçda ikinci hissə davam edir.
20:54
Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasının ilk hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, "Liv Bona Dea Arena"da keçirilən matçın ilk yarısından sonra Ağdam klubu 1:0 hesabı ilə qalib gəlir. Qolu 42-ci dəqiqədə Olavio Juninyo vurub.
20:01
Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşmasına start verilib.
AZƏRTAC xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən görüş 20:00-da başlayıb.
Oyunu Rəvan Həmzəzadə idarə edir.