İDMAN
Avropa Oyunlarında iştirak edəcək polşalı idmançıların növbəti qrupu Bakıya yola salınıb
![Avropa Oyunlarında iştirak edəcək polşalı idmançıların növbəti qrupu Bakıya yola salınıb](/files/2015/2/1200x630/14339552002641959000_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da Polşa Olimpiya Komitəsində Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək idmançıların və onları müşayiət edəcək növbəti heyətin yola salınması mərasimi keçirilib.
Tədbirdə Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitski, Komitənin baş direktoru Adam Kşeşinski, Azərbaycanın Polşadakı səfirliyinin birinci katibi Şahin Musayev, üçüncü katibi Samir Rzayev, Polşa Olimpiya Komitəsinin əməkdaşları, idmançılar və jurnalistlər iştirak ediblər. Ümumilikdə 29 nəfər olmaqla, boks, karate, triatlon idman növləri üzrə ikinci heyət Bakıya yola salınıb.
Növbəti yolasalma mərasimləri 11, 13, 14, 18 və 20 iyun tarixlərində keçiriləcək.