DÜNYA
Avropada islam dinini qəbul edənlərin sayı durmadan artır
Bakı, 11 may (AZƏRTAC). İqtisadi böhran və mənəvi dəyərlərin sarsılması nəticəsində italyanlar islam dininə üz tuturlar. İtaliyanın İslam Birliyi İcmasının verdiyi məlumata görə ildə təxminən 5 min italyan islamı qəbul edir. Son illərdə 70 mindən çox italyan islam dinini qəbul etmişdir. İslam dinini qəbul edənlərin sayına görə bu ölkə Almaniya və İngiltərə ilə bir sırada durur.
İtaliyanın nüfuzlu “AGP” internet saytının verdiyi xəbərə görə bu hal bütün Avropada müşahidə edilir. İslamı qəbul edənlərin əksəriyyəti ali təhsilli, xristianlığın əsaslarını yaxşı bilən və cəmiyyətdə nüfuz sahibi olan adamlardır.
İslama gələnlər arzuladıqlarını bu dində tapdıqlarını və müsəlmanların qeyri-müsəlmanlara qarşı yaxşı davrandıqlarını da vurğulayırlar.
Fransanın Marsel şəhərində fəaliyyət göstərən sosial elmlər ali məktəbinin doktorantı Loik lepokun dediyinə görə 2011-ci ildə 40 min fransız islamı qəbul etmişdir. “Ekspres” qəzeti isə yazır ki, 2006-cı ildə 100 min fransız islamı qəbul etmişdir. İslamı qəbul edənləri dəqiq statistikası aparılmır. Bununla belə real rəqəmlərin daha çox olduğunu qeyd edilir.