Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibi təsdiq edilib
Bakı, 13 mart, AZƏRTAC
Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibi təsdiq edilib.
Azərbaycanın Avstraliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, ümumi sayı 25 nəfərdən ibarət dostluq qrupunun tərkibinə həm Senatda (yuxarı palata), həm də Nümayəndələr Palatasında (aşağı palata) təmsil olunan aparıcı siyasi partiyaların üzvləri daxildir. Bu, Avstraliya parlamentində fəaliyyət göstərən ən çoxsaylı dostluq qruplarından biridir.
Hakim Liberallar Partiyasından olan senator Kristofer Bək qrupun sədri vəzifəsinə təsdiq edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisində də 18 millət vəkilindən ibarət Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri deputat Xanlar Fətiyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
- 13.10.2026 [11:07]