SİYASƏT
AXALKALAKİ ERMƏNİLƏRİ ONLARIN DİLİNƏ REGİONAL STATUS VERİLMƏSİNİ TƏLƏB EDİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın əsasən ermənilər məskunlaşan Samtsxe-Cavaxeti bölgəsinin Axalkalaki rayonunda rəsmi qeydiyyatdan keçməmiş “Virk” və “Cavaxk” erməni partiyaları aprelin 13-də mitinq keçirmişlər. Mitinq iştirakçıları erməni dilinə bölgə statusu verilməsini, yerli dövlət hakimiyyət orqanlarında kargüzarlığın erməni dilində aparılmasını tələb etmişlər.
Aksiyada, həmçinin erməni məktəbləri direktorlarının attestasiya imtahanlarını erməni dilində vermələri məsələsi də qaldırılmışdır.