İQTİSADİYYAT
AYİB “ŞAHDƏNİZ” LAYİHƏSİNDƏ ARDNŞ-İN PAYININ ÖDƏNİLMƏSİ ÜÇÜN KREDİT AYIRMAQ HAQQINDA QƏRAR QƏBUL EDƏCƏK
Xanım Filippsin dediyinə görə, ARDNŞ avqustda AYİB-ə layihənin ekoloji və sosial cəhətlərinə dair məlumat təqdim etmişdir və yaxın vaxtlarda 120 günlük ictimai dinləmələr proseduru başlanacaqdır. Gözlənildiyinə görə, təxminən 200 milyon dollar məbləğində kredit bu dinləmələr başa çatdıqdan və Direktorlar Şurasına hesabat təqdim olunduqdan sonra ayrılacaqdır.
“Şahdəniz” yatağının işlənilməsinin birinci fazasının layihəsi 3,2 milyard dollar məbləğində qiymətləndirilir. Layihə çərçivəsində 900 milyon dollar dəyərində Cənubi Qafqaz qaz kəməri çəkiləcəkdir. ARDNŞ-in prezidenti Natiq Əliyev bildirmişdir ki, Azərbaycan Dövlət Neft Şirkəti öz payının 40 milyon dollarını cari ilin sonunadək ayıracaqdır. AYİB kredit verənədək ARDNŞ-in layihədəki payının qalan hissəsini onun tərəfdaşları maliyyələşdirəcəklər.