AZƏRBAYCAN ALİMLƏRİ BEYNƏLXALQ ATOM ENERJİSİ AGENTLİYİNDƏ MÜZAKİRƏLƏR APARMIŞLAR
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribovun rəhbərliyi ilə nümayəndə heyəti Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) müvafiq layihələr üzrə müzakirələr aparmışdır.
A.Qəribov AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirmişdir ki, 2009-2011-ci illərdə Azərbaycan və BAEA arasında texniki əməkdaşlıq çərçivəsində bir sıra layihələr üzərində iş aparılır. Hazırkı səfərin məqsədi həmin layihələrdən ikisi - Azərbaycanda ilk tədqiqat nüvə reaktorunun və sterilləşdirmə qurğusunun inşa edilməsi ilə bağlı müzakirələr aparmaqdır. Nüvə reaktorunun yaradılması ilə ölkənin enerji təminatında yeni bir eraya qədəm qoyulacağını vurğulayan A.Qəribov BAEA-nın müxtəlif strukturlarının məsul şəxsləri və mütəxəssisləri ilə müzakirələrin uğurlu keçdiyini qeyd etmişdir.
Müzakirələr zamanı qərara alınmışdır ki, ilkin olaraq, layihənin texniki-iqtisadi əsaslandırılması, şəraitə uyğun reaktor tipi və inşa ediləcəyi yerin seçilməsi, həmin yerin hidrogeoloji strukturunun və süxurların analizi, ərazidə nüvə təhlükəsizliyi üzrə infrastrukturun yaradılması, qurğuların təhlükəsiz iş rejiminin təmin olunması və nəhayət, reaktorda çalışacaq kadrların hazırlanması məsələlərini nəzərdə tutan iş planları tərtib edilməlidir.
2009-cu ilin yanvarından start veriləcək layihələndirmə prosesi çərçivəsində həmin ilin sonunadək reaktor tipi də müəyyənləşdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]