İQTİSADİYYAT
Azərbaycan ANNA-nın Əmmanda keçirilmiş iclasında təmsil olunmuşdur
Bakı, 27 dekabr (AZƏRTAC). İordaniyanın paytaxtı Əmman şəhərində Milli Nömrələyici Agentliklər Assosiasiyasının (ANNA) ümumi yığıncağı keçirilmişdir.
İclasda Azərbaycanı Milli Depozit Mərkəzinin (MDM) nümayəndələri təmsil etmişlər.
MDM-dan AZƏRTAC-a bildirmişlər ki, iclasda qiymətli kağızlar bazarının alətləri və onların emitentlərinin identifikasiyasının mövcud və gələcəkdə yaradılacaq standartlarının tətbiq edilməsi, Qazaxıstan Qiymətli Kağızları Mərkəzi Depozitarının (KASD) assosiasiyaya tamhüquqlu üzv seçilməsi və ANNA-nın məlumat bazasının kommersiya məqsədləri üçün istifadəsi məsələləri müzakirə olunmuşdur.
MDM 2008-ci ildən ANNA-nın tamhüquqlu üzvüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [21:02]
“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb
- 27.06.2024 [20:39]
TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək
- 27.06.2024 [19:28]
Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar
- 27.06.2024 [17:40]