Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN ANTİTERROR MÜBARİZƏSİNİN ƏN FƏAL ÜZVLƏRİNDƏN BİRİDİR
NATO BAŞ KATİBİNİN MƏTBUAT KONFRANSI

Mayın 15-də NATO-nun baş katibi lord Corc Robertson “Hyatt Recensy” otelində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmiş, habelə ANS və TRT televiziya kanallarına müsahibə vermişdir. 

Əvvəlcə lord Robertson gün ərzində keçirdiyi görüşlərdən danışaraq demişdir ki, Azərbaycan əzmlə Avroatlantika təsisatlarına inteqrasiya yolunu tutmuşdur, antiterror mübarizəsinin ən fəal üzvlərindən biridir. O, NATO-nun hərbi tərəfdaşlıq haqqında əməliyyat planına qoşulan ilk dövlətlərdən biri olacaqdır.

Sonra qonaq jurnalistlərin suallarına cavab vermişdir.

SUAL: Strateji boru kəmərlərinin mühafizəsini NATO necə görür?

CAVAB: NATO bu sahəyə bilavasitə cəlb olunmamışdır. Biz tərəfdaş dövlətlərə yalnız məsləhətlər verə bilərik. Kollektiv təhlükəsizlik zəmanəti ancaq NATO-nun tam hüquqlu üzvlərinə verilir. Boru kəmərlərinin təhlükəsizliyi xüsusi tədbirlərin görülməsini tələb edir. Bu sahədə təcrübəmizi bölüşməyə hazırıq.

SUAL: Sizin səfərinizdə dövlət başçısı ilə görüş olmadı. Bu səfərin nəticələrində özünü göstərəckmi? Elə məsələ vardırmı ki, siz onu dövlət başçısı ilə müzakirə etmək istəyirdiniz?

CAVAB: Mən cənab Prezidentlə bir neçə dəfə görüşmüşəm. O, xəstəxanadan təzə çıxmışdır. Mən də xəstəxanadan çıxmış olsaydım, heç NATO-nun baş katibi ilə görüşməzdim. Azərbaycana gələcək səfərlərimdə cənab Prezidentlə görüşəcəyimə ümid edirəm.

SUAL: NATO-nun növbəti üzvləri kim olacaq?

CAVAB: Mən bu suala cavab vermək istəməzdim. Hazırda qurumun üzvlük üçün fəaliyyət planında 3 dövlət iştirak edir. Onların alyansa daxil olmasının konkret tarixi yoxdur. Bu barədə qərar qəbul edilməsi məndən asılı deyildir. NATO-ya üzvlük üçün qapı açıqdır.

SUAL: Azərbaycanda demokratiyanın səviyyəsi NATO-ya üzv olmaq üçün kifayətdirmi?

CAVAB: Üzvlük üçün başlıca şərtlərdən və tələblərdən biri demokratiyadır. Azad, ədalətli seçkilərin keçirilməsi üzvlüyün başlıca şərtidir. NATO təkcə hərbi təşkilat deyildir. O, həm də dəyərlərin təşkilatıdır və dəyərlərin mərkəzində dayanır.

SUAL: Əgər BMT və ATƏT NATO-ya mandat verərsə, bu qurum Qarabağ məsələsini həll etməyə qoşula bilərmi?

CAVAB: BMT və ATƏT-in adından möhtəkirlik etmək istəmirəm. Onların öz rolu var və bu rolu oynamalıdırlar.

SUAL: Qafqazda NATO üçün hansı təhlükə mövcuddur?

CAVAB: Qafqazda olan təhlükə və təhdidlər başqa yerdəkilərin eynidir: qeyri-sabitlik, cinayətkarlıq, silahların və narkotik vasitələrin qeyri-leqal daşınması, terrorizmdən, bioloji-kimyəvi silahların yayılmasından doğan təhlükə. Bunlar bütün Qafqaz dövlətləri üçün ümumi xarakter kəsb edən hədə və təhdidlərdir. Mən Qafqaz ölkələrinin hökumətləri qarşısında məsələ qaldırdım ki, onlar bu qəbildən olan hədə və təhdidləri birgə səylərlə aradan qaldıra bilərlər.

X X X

Sonra Corc Robertson ANS və TRT televiziya kanallarına müsahibə vermişdir.

SUAL: Siz Gürcüstanda olarkən bəyanat vermişdiniz ki, Cənubi Qafqazdakı münaqişələrin həllində Rusiya aparıcı rol oynamalıdır. Moskvada apardığınız danışıqlar zamanı bu barədə razılıq əldə olunubmu? Nə üçün belə hesab edirsiniz ki, Rusiya bu münaqişələrin həllində konsturuktiv rol oynamalıdır?

CAVAB: Rusiya ilə NATO tək-tək, xüsusilə də tərəfdaş dövlətləri müzakirə etmirlər. Rusiya həm də Cənubi Qafqazda yerləşir. Regionda olan proseslər Rusiyanı da cəlb edir. Əminəm ki, Rusiya Cənubi Qafqazda cərəyan edən proseslərdə özü də iştirak etmək istəyir. Bir daha vurğulayıram ki, NATO-Rusiya şurası çərçivəsində regiona daxil olan digər dövlətlərin məsələsi müzakirə olunmamışdır.

SUAL: Konkret olaraq Qarabağ münaqişəsini götürək. Axı, Rusiyanın Ermənistanda hərbi hissələri var, hər ikisi bir hərbi ittifaqdadır. Amma Azərbaycan belə hərbi ittifaqlardan kənardadır və ümidini yalnız Avroatlantika məkanına bağlayır. Siz ümid edirsinizmi ki, bu qüvvələr nisbətində Rusiya ədalətli olacaq?

CAVAB: Hazırda Dağlıq Qarabağ münaqişəsinin müzakirələri BMT-nin gündəliyindədir. BMT və ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu tapmağa çalışırlar. Təhlükəsizlik Şurasının üzvü kimi Rusiya bu regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasında maraqlıdır.

SUAL: Bu gün parlamentdəki çıxışınızda Azərbaycanda demokratiya, ümumiyyətlə seçkilər haqqında danışdınız. Hansı seçkiləri nəzərdə tuturdunuz və Azərbaycanın NATO-ya qəbul olunmasına bu seçkilərin nə kimi təsiri ola bilər? Ümumiyyətlə, Azərbaycanda demokratiyanın inkişafını necə qiymətləndirirsiniz?

CAVAB: Elə başlıca prinsiplər vardır ki, hər bir seçkiyə aid edilir. Seçkilər azad və ədalətli olmalı, düzgün aparılmalıdır. İnsanlar namizədləri və partiyaları seçmək hüququna malik olmalıdırlar. Eyni zamanda, azad mətbuat olmalıdır ki, azad seçkiləri işıqlandırsın. Biz NATO-ya üzvlük iddiasında olan və “Sülh naminə tərəfdaşlıq proqramında iştirak edən bütün dövlətlərdən bunları umuruq.

SUAL: Azərbaycan konkret olaraq hansı şərtləri yerinə yetirməlidir ki, NATO-ya qəbul edilsin?

CAVAB: NATO-ya qəbul olmaq istəyən dövlətlərin qarşısında uzun bir yol durur. NATO-nun hərbi komandanlığına inteqrasiya olunmaq üçün böyük tələblər qoyulur. Eyni zamanda, hərtərəfli demokratik təsisatların olması da başlıca şərtdir. Azad iqtisadiyyat, qanunun aliliyi, demokratiyanın normal dəyərləri də NATO-ya üzvlüyü şərtləndirir. Rüşvətxorluğa və korrupsiyaya qarşı çox sərt qanunların olması vacibdir. Biz 50 il ərzində bu dəyərləri qorumuşuq və qorumaqda davam edəcəyik.

SUAL: NATO-nun İraqdakı proseslərə cəlb olunması mümkündürmü?

CAVAB: Bu, bir sıra dövlətlərin xahişi əsasında ola bilər. Alyansın üzvləri, o cümlədən Türkiyə razılığa gəlməyənə qədər NATO İraqa daxil olmayacaqdır. İraqa girmək barədə hər hansı bir qərar qəbul edilməmişdir. SUAL: Rusiyaya, Qafqaz respublikalarına səfərinizdən hansı təəssüratla qayıdırsınız?

CAVAB: Çox maraqlı səfər oldu. NATO və Rusiyanın üzləşdikləri birgə təhdid və təhlükələri müzakirə etdik. Sonra Gürcüstanda, Ermənistanda və Azərbaycanda oldum. Bu regionda gələcəkdə problemin olacağı gözlənilir. Bura Qərblə Şərqin, Şimalla Cənubun, Avropa ilə Asiyanın qovuşuğunda olan bir yerdir. NATO regionun dövlətlərinə öz aralarında əməkdaşlıq qurmaq barədə tövsiyələr verir. Çünki etimad yalnız regional əməkdaşlıq vasitəsilə bərqərar ola bilər. Problemləri yalnız etimad yaranandan sonra həll etmək mümkündür. Rusiya, NATO dövlətləri kooperativ əməllər vasitəsilə bir araya gələ bilərlər. Bunu Cənubi Qafqaz dövlətlərinə də şamil etmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib