Azərbaycan boksçusu dörddəbir finalda

Bakı, 19 noyabr, AZƏRTAC
Koreya Respublikasının Jeju şəhərində qadınlar arasında boks üzrə dünya çempionatı davam edir.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildiriblər ki, bu gün rinqə çıxan 3 boksçumuzdan yalnız biri qələbə qazanıb.
Avropa çempionu Yelena Vıstropova (69 kq) Taypey nümayəndəsi Çhen Çhia-Çunu məğlub edib. Bu Y.Vıstropovanın dünya çempionatında ikinci qələbəsi olub. Milli komandamızın üzvü dörddəbir finalda amerikalı Daniella Volfla qarşılaşacaq. 75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə Avstraliya təmsilçisi Françes Key Skotla döyüşdən məğlub ayrılıb.
Aynur Rzayeva da (81 kq-dan artıq) dünya çempionatında ilk görüşdə rəqibinə uduzub. Həmyerlimiz rusiyalı Zemfira Maqomedaliyeva ilə qarşılaşmanı sonadək davam etdirə bilməyib.
Sabah boksçularımızdan Anna Əlimərdanova (54 kq) irlandiyalı Mikaela Volşla, Yana Alekseyeva (60 kq) isə ukraynalı Yuliya Tsiplakova ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2025 [19:41]
“Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku ilə görüş
- 23.06.2025 [18:24]
"Liverpul" macarıstanlı futbolçu ilə anlaşıb
- 23.06.2025 [16:58]
UFC əfsanəsi Bakıya heyran qaldı: İnanılmaz bir yerdir VİDEO
- 23.06.2025 [16:44]
Tanınmış futbolçu karyerasını başa vurub
- 23.06.2025 [16:43]
Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti qızıl medalla təltif olunub
- 23.06.2025 [15:58]