Azərbaycan Dillər Universitetinin professorunun rəyi Çin mətbuatında dərc olunub
Bakı, 14 mart, AZƏRTAC
Çin Xalq Respublikasının (ÇXR) “Sinxua” Dövlət İnformasiya Agentliyində “Diqqət mərkəzində: Çində konstitusion dəyişiklik inkişaf və sülh üçün vacib hesab edilir” sərlövhəli analitik material yayımlanıb.
Azərbaycan Dillər Universitetindən (ADU) AZƏRTAC-a bildiriblər ki, material ÇXR-in sədri Si Çzinpinin yeni dövrdə sosializmin Çin modeli ideyası əsasında Ümumçin Xalq Nümayəndələrinin illik sessiyasında ÇXR konstitusiyasının preambulasına daxil edilib. Məqalədə Rusiya, Yaponiya, Fransa politoloqları və ekspertlərinin şərhləri ilə yanaşı, ADU-nun professoru Rafiq Abbasovun da mövqeyi yer alıb.
R.Abbasov qeyd edib ki, ÇXR-in konstitusiyasının preambulasında edilmiş dəyişiklik dövlət idarəçiliyinin təşkilati prinsiplərinin müasir tələblərə uyğunlaşdırılmasında mühüm addımdır. Bildirilib ki, Çində mütəmadi olaraq həyata keçirilən institusional islahatlar Çin Kommunist Partiyasının idarəetmədəki aparıcı rolunu daha da gücləndirir. Onun rəhbərliyi altında Çin xalqı Çin modelli sosializm quruculuğunun təkmilləşməsinə istiqamətlənmiş siyasi inkişaf yolunda irəliləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]