SİYASƏT
Azərbaycan Diplomatik Akademiyasında “Ərəb baharı: səbəblər, nəticələr və enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 11 noyabr (AZƏRTAC). Azərbaycan Diplomatik Akademiyasının Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Vaşinqton İnstitutunun elmi işçisi Devid Pollokun iştirakı ilə “Ərəb baharı: səbəblər, nəticələr və enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa” təşkil etmişdir.
ADA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, müzakirələr zamanı D.Pollok qlobal enerji məsələlərinə əhəmiyyətli təsirin olmadığı müddətdə “Ərəb baharı”nın Yaxın Şərqin enerji ilə zəngin ölkələrinə yayılma ehtimalının yüksək olmadığını vurğulamışdır.
Devid Pollok Vaşinqton İnstitutunun Yaxın Şərq ölkələrinin siyasi dinamikası üzrə mərkəzin əməkdaşıdır. Daha əvvəl Dövlət Departamentinin Yaxın Şərq üzrə baş məsləhətçisi kimi çalışmışdır. Harvard Universitetində qonaq mühazirəçi və Corc Vaşinqton Universitetində dosent kimi fəaliyyət göstərmişdir.