MƏDƏNİYYƏT
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirilib
![](/files/galleryphoto/2022/2/1200x630/16593850663293955093_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16593850661234438906_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” ilə əlaqədar tədbir təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Nizami rayon MKS-nin xidmət şöbəsinin müdiri Y.Babayeva millətin simasını səciyyələndirən milli sərvətin onun ana dili olduğunu vurğulayıb: “Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə və milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, eləcə də dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda Azərbaycan ziyalıları şair, yazıçı, dramaturq və dilçiləri böyük fədakarlıqlar göstəriblər”.
Qeyd edək ki, tədbirin keçirilməsinin əsas amalı gənc nəslə bu günün məqsədini anlatmaq və onlara öz doğma dillərini sevdirməkdir.