“AZƏRBAYCAN HAVA YOLLARI” DÖVLƏT KONSERNİNİN STRUKTURU DƏYİŞİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev aprelin 16-da ölkədə mülki aviasiyanın daha da inkişaf etdirilməsi, bu sahədə işin səmərəliliyinin artırılması, həmçinin aviasiya xidmətlərinin və uçuş təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılması haqqında Sərəncam imzlamışdır.
Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentləri Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin ediləcək və vəzifədən azad olunacaqlar.
Sərəncama əsasən, Nazirlər Kabineti bir ay müddətində Cəmiyyətin Nizamnaməsi və strukturunu Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək, Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]