Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi xəritələr ölkəmizə gətirilmişdir

Bakı, 12 sentyabr (AZƏRTAC). Ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan xalqımızın haqq səsini bütün dünyaya çatdırmaq, danılmaz tarixi həqiqətləri məqsədyönlü şəkildə təhrif edərək, öz xalqına başdan-ayağa saxta tarix yazan erməni “alimləri”nin saxtakarlıqlarını durmadan ifşa etmək hər bir azərbaycanlının və ilk növbədə alimlərimizin müqəddəs borcudur. Bu sahədə Azərbaycan alimləri tərəfindən xeyli faydalı iş görülmüş, tədqiqatlar aparılmış, monoqrafiyalar və kitablar nəşr edilmiş və edilməkdədir.

Bu istiqamətdə növbəti layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant şəklində maliyyə dəstəyi ilə AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva reallaşdırır.

Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədov AZƏRTAC-a bildirmişdir ki, “Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən orta əsrlər və yeni dövr xəritələrinin axtarışı və surətlərinin ölkəmizə gətirilməsi” adlı layihə üzərində iş bu ilin aprelindən başlanmışdır. Layihə çərçivəsində G.Baxşəliyeva iyunun 20-dən iyulun 10-dək İspaniya və Fransada elmi ezamiyyətdə olmuş, bu ölkələrin bir sıra kitabxana və arxivlərində axtarışlar aparmışdır. Alim elmi ezamiyyət dövründə yüzlərlə qədim xəritə və atlasları nəzərdən keçirmiş, 80-dən çox xəritənin surətini çıxarmış, elektron variantını hazırlamış və çəkilişlər aparmışdır.

Xalqımızın tarixi coğrafiyasının öyrənilməsi üçün faydalı olan və Ermənistanın Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edən bu xəritələr müstəsna əhəmiyyətə malikdir. Gətirilən bir çox mühüm sənədlər sırasında orijinalları Hamburq, Bolonya, Cota, Leyden, Paris, London, Berlin və Vyanada saxlanılan qədim ərəb və fars əlyazmaları vardır. Bu əlyazmalarda Azərbaycana aid xəritələrin və onların Avropa alimləri tərəfindən hazırlanmış transkripsiyalarının fotosurətləri əks olunmuşdur.

X-XIII əsrin birinci yarısında tərtib olunan bu xəritələr Azərbaycanın tarixi əraziləri haqqında həqiqəti olduğu kimi əks etdirir. Məsələn, onlardan birində Azərbaycan əraziləri şimalda Bab al-abvabdan (“Dərbənd”) bir qədər də yuxarıyadək torpaqları, cənubda indiki Cənubi Azərbaycan ərazisini və ondan daha cənubda yerləşən Ərməniyyə vilayətinin, əl-kəbir (böyük) və əl-sağır (kiçik) daxil olmaqla, böyük hissəsini əhatə edir (Balxi, Hamburq nüsxəsi).

Xəritədə Azərbaycan ərazisinə Dərbənd, Şabran, Şəki, Qəbələ, Şəmkir, Gəncə, Bərdə, Bərzənd, Əhər, Ərdəbil, Mərənd, Marağa, Təbriz, Səlmas, Xoy, Hilat, Bidlis, Miyanə və s. şəhərlər daxildir. Xəritədə aydın görünür ki, “böyük” və “kiçik” Ərməniyyə tarixi Azərbaycan torpaqlarından cənubda yerləşmişdir və yer adından başqa bir şey deyildir. Beləliklə, bu xəritə bir daha təsdiq edir ki, erməni təbliğatının dənizdən-dənizə “böyük Ermənistan” xülyası böyük yalandan başqa bir şey deyildir.

Gətirilmiş sənədlər ermənilərin Cənubi Qafqaza gəlmə etnos olduğunu, Fərat çayının yuxarılarında qədim Assuriya və Mesopotamiya ilə sərhəddə məskunlaşdığını və zaman-zaman indiki Türkiyə və İranın ərazisinə köç etdiklərini əyani şəkildə nümayiş etdirir. 1918-ci ilədək Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmamışdır. Bu, tarixi reallıqdır və əldə edilmiş yeni xəritələr bunu bir daha təsdiq edir.

Azərbaycan xalqının əcdadları hələ eramızdan əvvəl Arazdan şimalda, Dağlıq Qarabağ da daxil olmaqla, Albaniya, cənubda isə Manna və Atropatena kimi dövlətlər yaratmışlar. Bu dövlətlər süqut etdikdən sonra da həmin ərazilərdə müxtəlif Azərbaycan dövlətləri yaranmış və xalqımız öz tarixi torpaqlarında kompakt şəkildə yaşamaqda davam etmişdir.

Bütün bunları əldə edilmiş xəritələrdə çoxsaylı Azərbaycan toponimlərinin əks olunması bir daha sübut edir. Yalnız XIX əsrin əvvəllərindən Rusiya imperiyasının regionda apardığı məqsədyönlü siyasət nəticəsində Cənubi Qafqaza Türkiyədən və İrandan ermənilərin kütləvi köçürülməsi başlanmışı və beləliklə də regionumuzda erməni dövlətinin yaradılmasının əsası qoyulmuşdur. Həmin vaxtdan başlayaraq xalqımızı öz tarixi torpaqlarından məhrum etmək və bu ərazilərdə erməniləri məskunlaşdırmaq məqsədi ilə zaman-zaman azərbaycanlılara qarşı deportasiyalar və qətliamlar həyata keçirilmişdir. Boşaldılmış tarixi Azərbaycan ərazilərinin adları isə erməniləşdirilmişdir. Hazırda “Ermənistan Respublikası” adlanan ərazinin tarixi Azərbaycan torpaqları olması və burada xalqımıza məxsus toponimlərin tarixin yaddaşına möhkəm həkk edildiyi bu xəritələrdə tutarlı dəlillərlə, əyani şəkildə bir daha təsdiqini tapır.

Surətləri gətirilən xəritələr müxtəlif dövrlərdə və regionlarda tərtib edilmişdir. Burada qədim Şərq alim, tarixçi və səyyahları Balxi (miladi 921-ci il), İstaxri (miladi 934), Müqəddəsi (miladi 985), Əhməd əl-Tus (miladi 1160), İbn Səid (miladi 1276), Nəsirəddin Tusi (miladi 1270) və digər müəlliflərin tərtib etdikləri xəritələr vardır.

XV-XVII əsrlər Avropa alim, səyyah və xəritəşünaslarının tərtib etdikləri xəritələr də çox mühüm əhəmiyyətə malikdir. Abraham Orteliusun 1570 və 1606-cı illərdə çap olunmuş Avropa xəritələri, Georq Sansonun 1669-cu ilə aid, Guiljelmo Blacuvun isə üzərində tarixi əks olunmayan Asiya qitəsinə aid xəritələri, Rofellenin 1506-cı il tarixli Yer kürəsi xəritəsi, naməlum müəllifin 1529-cu ildə hazırladığı və Avropa, Asiya və Afrikanı əhatə edən xəritəsi, Stalpartidin Antverpendə nəşr etdiyi dünya xəritəsi, 1562-ci ildə İenkensononun yaratdığı Rusiya, Moskoviya və Tartariya xəritəsi, həmçinin 1482-ci ildə Florensiyada Françesko Berlingierinin tərtib etdiyi xəritə və digər naməlum müəlliflərin əsərləri bu qəbildəndir.

Sonrakı dövr Avropa xəritəşünaslarının tərtib və nəşr etdirdikləri xəritələr də erməni təbliğatının yalan üzərində qurulduğunu sübut edir. XVIII-XIX əsrlərə aid bu xəritələrdən 1877-ci ildə tərtib edilmiş Qafqazın xəritəsi (Qota, Almaniya), A.Fon Petermannın hazırladığı Qafqazın fiziki-coğrafi xəritəsi, doktor H.Kiepertin 1854-cü ildə Berlində nəşr etdirdiyi Qafqaz ərazilərinin xəritəsi, eləcə də Gilyermo del İslenin, N.Sansonun (1724), Fridrix de Vitin (1775), Antonio Zattanın (1785) və digərlərinin xəritələri Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi sənədlərdir.

Görkəmli fransız xəritəşünası Alfons Taridin müxtəlif illərdə nəşr etdirdiyi Qafqaza və Osmanlı imperiyasına aid xəritələr xüsusi əhəmiyyətə malikdir.

Digər xəritələr qrupunu isə çar Rusiyası zamanı hərbi topoqrafik depoda və Əlahiddə Qafqaz Korpusunun Baş Qərargahı nəzdində tərtib edilmiş və İmperator Rus Coğrafiya Cəmiyyəti tərəfindən müxtəlif illərdə (1841, 1847, 1862, 1895, 1898, 1899, 1908, 1909, 1910 və s.) nəşr edilmiş Qafqaz və onun müxtəlif quberniya və uyezdlərini əks etdirən xəritələr təşkil edir.

Bunlardan əlavə, İstanbul Baş Bakanlığı Arxivindən Qafqaza aid Osmanlı xəritələrinin gətirilməsi də xalqımızın tarixi keçmişinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır. XVII-XIX əsrin əvvəllərinə aid bu xəritələrdə Azərbaycanın tarixi coğrafiyası olduqca düzgün, obyektiv və dolğun əks olunmuşdur. Məsələn, xəritələrdən ikisində İrəvan şəhəri öz ilkin adına müvafiq olaraq Rəvan variantında verilmişdir. Tarixdən məlumdur ki, bu şəhər məhz yarandığı dövrdən Rəvan adlanmış və sonradan buraya gəlmiş ermənilər tərəfindən adı dəyişdirilərək hazırkı variantını almışdır.

Bütün bu xəritələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməklə, erməni uydurmalarını ifşa etməklə yanaşı, bunun Qərbdə və Şərqdə ötən əsrlərdə xəritəşünas alimlər tərəfindən şəksiz qəbul edildiyini tam olaraq sübuta yetirir.

Araşdırmalar davam etdirilir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq

Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək

® “AccessBank” taksi xidməti tenderi elan edir

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub

Mustafa Söğüt: Azərbaycanın enerji diplomatiyası ölkəni regionun strateji əməkdaşlıq mərkəzlərindən birinə çevirib

Uşaqların sosial şəbəkələrdə qeydiyyatına yaş məhdudiyyətinin tətbiqi rəqəmsal təhlükəsizliyi gücləndirəcək - ŞƏRH

Qızıl investisiya cəlbediciliyini qismən itirir

“Yüksəliş”in qalibləri “Ədibin Evi”ndə qədim irsimiz və idarəçilik ənənələrini öyrəniblər

Maka Boçorişvili: Gürcüstan, Türkiyə və Azərbaycan birgə əməkdaşlığa nümunədir

İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb

Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

Nazir: Azərbaycan-Türkiyə-Gürcüstan layihələrinin fəaliyyətində bir gün belə fasilə yaranmayıb

Rəqəmsal platformalar uşaqların təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır ŞƏRH

Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları

İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər

Qazaxıstan və “Shell” yeraltı sərvətlərin kəşfiyyatı üçün rəqəmsal layihəyə başlayır

“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq

Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub

Elektrik skuterlərdə uşaqların xəsarət alması hallarının artması İsveç həkimlərində narahatlıq doğurur

DİM-də hazırlıq kursları təşkil olunub

“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb

Azərbaycan üçün süni intellekt sahəsində ən böyük fürsət biznes proseslərinin optimallaşdırılmasıdır - ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan mətbəxi Salonikidə keçirilən beynəlxalq qida festivalında təqdim olunub

R.M.Fətəliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir

Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir

® “GRAND CEO Breakfast” - dövlət və özəl sektorun yeni əməkdaşlıq platforması

İsveçrəlilər əhalinin sayının 10 milyon nəfərlə məhdudlaşdırılmasına səs verəcəklərmi?

Milli Məclisin sədri Vyetnamı Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində fəal iştiraka dəvət edib

Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb

Coğrafiyaşünas-alim: Yağıntıların artması nəticəsində sürüşmə zonaları genişlənib

Yeni qanun layihəsi uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir ŞƏRH

Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da

® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO

Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

Rəşad Rəsullu: İnanıram ki, idmançılarımız Avropa çempionatında Azərbaycan cüdosunun gücünü nümayiş etdirəcəklər VİDEO

BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır

Maka Boçorişvili: Azərbaycanla Ermənistan arasındakı müsbət dinamika regionda sülhə xidmət edəcək

Bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edəcək – XƏBƏRDARLIQ

Mayda elektrik enerjisi istehsalının 33 faizi bərpaolunan mənbələrin payına düşüb

ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb

Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb

Hakan Fidan: Türkiyə-Ermənistan normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəraitində davam edir

Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH

Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir