Azərbaycan idmançısı Ayxan Mamayev karate üzrə 7-ci dünya çempionatında qızıl medal qazanmışdır
Bakı, 1 noyabr (AZƏRTAC). Malaziyanın Melaka şəhərində gənclər və yeniyetmələr arasında karate üzrə 7-ci dünya çempionatı keçirilmişdir.
Milli Karate Federasiyasından (MKF) AZƏRTAC-a bildirmişlər ki, mundialda 81 ölkədən 1215 idmançı mübarizə aparmışdır. Bu mötəbər yarışda karate üzrə Azərbaycan yığma komandası da iştirak etmişdir.
18-20 yaşlı karateçilərin yarışında 78 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Ayxan Mamayev bütün rəqiblərindən üstün olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.
Çempionat çərçivəsində gələn il Bakıda gənclər və yeniyetmələr arasında keçiriləcək 39-cu Avropa çempionatına hazırlıq məqsədi ilə Avropa təşkilat komitəsinin rəhbərləri ilə MКF-nin rəhbri Yaşar Bəşirov və federasiyanın katibi Mir-Cabbar Seyidov arasında görüş keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [20:38]
U-21 millinin heyətinə yeni futbolçu cəlb edilib
- 27.05.2026 [19:43]
Premyer Liqaya yüksələn komanda baş məşqçisi ilə yollarını ayırıb
- 27.05.2026 [19:19]
“Sabah” bombardiri ilə yeni müqavilə imzalayıb
- 27.05.2026 [18:51]
Tolqay Arslan yaşıl meydanlarla vidalaşıb
- 27.05.2026 [18:02]
"Şimal" I Liqada qalıb
- 27.05.2026 [17:09]
Niderland millisinin dünya çempionatı üçün yekun heyəti bəlli olub
- 27.05.2026 [16:05]
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
- 27.05.2026 [13:29]
"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]