İQTİSADİYYAT
Azərbaycan ilə Türkiyə Avropa qaz bazarına birgə çıxacaqlar
Bakı, 27 dekabr (AZƏRTAC). Azərbaycan ilə Türkiyə Avropanın qaz bazarına Transanadolu qaz kəməri vasitəsilə birgə çıxacaqlar.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Ankarada Transanadolu qaz kəmərinin tikintisi üzrə konsorsiumun yaradılmasını nəzərdə tutan qarşılıqlı Anlaşma Memorandumunun imzalanma mərasimində Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev demişdir.
Nazir bu sənədin imzalanmasının hər iki ölkə üçün mühüm olduğunu qeyd edərək, layihənin sosial əhəmiyyətindən də danışmışdır. Qeyd etmişdir ki, Transanadolu qaz kəmərinin tikintisi yeni iş yerlərinin açılmasına imkan yaradacaq, Türkiyə vətəndaşları bu imkanlardan istifadə edəcəklər.
Azərbaycan ilə Türkiyə dekabrın 26-da Transanadolu qaz kəmərinin tikintisi üzrə konsorsiumun yaradılmasını nəzərdə tutan qarşılıqlı Anlaşma Memorandumu imzalamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]