AZƏRBAYCAN İNFORMASİYA TEXNOLOGİYALARI ÜZRƏ MDB ÖLKƏLƏRİ ARASINDA LİDERDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Dünya İqtisadi Forumunun 2006-2007-ci illər üçün hazırladığı reytinqdə Azərbaycan 122 ölkə sırasında 71-ci yerdə idi.
İl ərzində hesabata daha 5 ölkənin əlavə olunmasına baxmayaraq, yeni təklif edilmiş “Şəbəkə hazırlığı” cədvəlində Azərbaycan 4 pillə irəliləmişdir. Azərbaycan bir çox nüfuzlu ölkələri, o cümlədən Bolqarıstan, Ukrayna, Qazaxıstan, Rusiya, Vyetnam, Argentina, Filippin, Pakistan, Moldova kimi ölkələri, həmçinin Ermənistan (106-cı yer) və Gürcüstanı (91-ci yer) arxada qoyaraq MDB ölkələri arasında lider olmuşdur.
Birinci onluğa Danimarka, İsveç, İsveçrə, ABŞ, Sinqapur, Finlandiya, Hollandiya, İslandiya, Koreya Respublikası və Norveç daxildir.
Hesabatda internet şəbəkəsinin inkişafına təsir edən amillər müəyyənləşdirilmiş, informasiya texnologiyalarının inkişafında biznes infrastrukturu və nizamlanma amilləri təhlil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:52]
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO
- 05.06.2026 [11:50]
® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 05.06.2026 [11:48]
Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT
- 05.06.2026 [11:41]