Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycan klassik musiqisinin təntənəsi
Londonda solo konsert proqramı ilə çıxış edən Azərbaycanın Əməkdar Artisti Fidan Hacıyevanın ifası könülləri oxşamışdır

Azərbaycan klassik musiqisinin təntənəsiLondonda solo konsert proqramı ilə çıxış edən Azərbaycanın Əməkdar Artisti Fidan Hacıyevanın ifası könülləri oxşamışdır

Bak, 13 mart (AZƏRTAC. Abdulla Suvar). “Yazın səsi” konsert proqramının iştirakçısı olaraq yaz ətirli ifaları dinləmək hər kəsə nəsib olan xoşbəxtlik deyil. Onun könülləri oxşayan, bənzərsiz və məlahətli səsinin sorağı bu dəfə uzaq Londondan gəldi. Həmişə olduğu kimi, yenə də onu dinləməyə gələnlərin sayı nəzərdə tutulduğundan qat-qat çox idi. Hamı səbirsizliklə ecazkar səsə malik bu vokalçının səhnəyə çıxacağı anı gözləyirdi...

Xəbər verdiyimiz kimi, Novruz bayramı ərəfəsində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birgə dəstəyi ilə Londondakı “King`s Place” incəsənət mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar Artist Fidan Hacıyevanın “Yazın səsi” adlı ilk solo konserti təşkil olunmuşdur.

Böyük Britaniyanın paytaxtındakı 400 nəfərlik zalda geniş konsert proqramı ilə çıxış edən Fidan Hacıyeva ifası ilə könülləri fəth etmişdir.

Konsertdə Fidan Hacıyevanı pianoçu Zülfiyyə Sadıqova müşayiət etmişdir.

Həmişəki kimi, o, bu dəfə də səhnəyə böyük ürəklə çıxdı. Elə ilk ifadan tamaşaçı sevgisinin tükənməzliyini ona ünvanlanan alqışlardan duyub hiss etdi. Bu dəfə də F.Hacıyeva ifaları ilə əsl vətənpərvər Azərbaycan qızı olmasını bir daha nümayiş etdirməyi bacardı.

Yüksək səviyyədə təşkil edilmiş konsertə təşrif buyurmuş insanların çoxu klassik musiqi vurğunları olan ingilislər idi. İki saatlıq konsert proqramında Fidan Hacıyeva böyük bəstəkarlarımız Müslüm Maqomayevin ”Azərbaycan”, Rauf Hacıyevin “Sevgilim”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından hissələri üç dildə - Azərbaycan, rus və ingilis dillərində ifa etdi. Bununla yanaşı, onun ifasında Üzeyir Hacıbəyli, Cövdət Hacıyev, Tomas Arne, Friderik Şopen kimi dünya şöhrətli bəstəkarların repertuarından musiqilər səsləndirildi.

Azərbaycan klassik musiqisini müxtəlif dillərdə, yüksək peşəkarlıq və ustalıqla ifa edən müğənni izləyicilər tərəfindən dəfələrlə ayaq üstə alqışlandı. O, bununla bir daha musiqimizi təntənəli formada təqdim və təbliğ etməyi bacardı.

Fidan oxuyanda sanki göylər oxuyur, səma musiqisi səslənir, insan qəlbinin telləri onun səsi ilə həmahəng titrəməyə başlayır. Çünki Fidan bütün qəlbi, varlığı ilə oxuyur, səs çalarlarının özəlliyini, tələffüz etdiyi hər bir sözün mənasını, hər bir ahəngi dinləyiciyə çatdırmağa çalışır.

Məsuliyyətli olduğu qədər də çətin bir işin öhdəsindən uğurla, yorulmadan gəlməyi bacaran Azərbaycanın vokal ifaçısını ayaq üstə qarşılayan tamaşaçılar yenidən onu səhnəyə dəvət etdilər. İkihissəli gərgin konsert proqramından sonra, səsində zərrə qədər də olsun yorğunluq hiss olunmayan Fidan Hacıyeva yenidən onu sevənlər üçün oxudu.

Yuxularından birinin də gerçəkləşdiyini söyləyən Fidan Hacıyeva deyir: “Bu, təkcə mənim deyil, bütünlükdə Azərbaycanın uğurudur. Bu gün dünyanın hansı səhnəsində çıxış edirəmsə, ilk olaraq Vətənimi düşünür və onun musiqisini təbliğ etməyimlə qürur duyuram. Əgər az da olsa mənsub olduğum xalqı tanıda bilirəmsə, bu mənim üçün böyük fəxrdir”.

Konsertdə iştirak edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov ölkəmizin musiqi mədəniyyətinin dərin tarixi köklərindən, yüksək peşəkarlığı ilə həmişə dinləyici qəlbinə yol tapan, istedadlı vokalist Fidan Hacıyevanın yaradıcılıq uğurlarından geniş söz açmışdır.

Azərbaycan musiqisinin hazırda bütün dünyada özünəməxsusluğu ilə seçildiyini söyləyən diplomat Şərqdə ilk operanı məhz azərbaycanlı sənətkarın yazdığını xüsusi vurğulamışdır.

Konsertlə bağlı təəssüratlarını bölüşən “Azərbaycan Evi”nin nümayəndəsi Fəridə Pənahova bu konsertə ötən ilin sentyabrından hazırlıq işləri görüldüyünü bildirmişdir. Onun sözlərinə görə, konsertin əsas məqsədi Azərbaycan musiqisini və musiqiçilərimizi ingilis auditoriyasına tanıtmaqdır. F.Pənahova demişdir: “Düşünürəm ki, biz məqsədimizə çox yüksək səviyyədə nail olduq. Konsertdə sənətsevərlərlə yanaşı, çoxsaylı səfirliklərdən nümayəndələr də iştirak etmişlər. Eyni zamanda, konsertə xüsusi olaraq musiqi tənqidçiləri də dəvət edilmişlər. Müvəffəqiyyətlə baş tutan konsertdə iştirak edən hər bir tamaşaçı bu gecədən çox razı qaldı. Tamaşaçılar hətta Fidan xanımın bir də nə zaman İngiltərədə konsert verəcəyini xəbər alırdılar. Həqiqətən də həmin gün Londonda Azərbaycan klassik musiqisinin təntənəsi yaşandı və bu, hər bir azərbaycanlının ürəyindən xəbər verirdi. Qonaqlar Fidan Hacıyevanı “qızıl səsli” sənətkar adlandırdılar. Azərbaycanlı pianoçu Zülfiyyə Sadıqova haqqında isə dedilər ki, onun əlləri sanki dəniz dalğasıdır.”

Səfər müddətində Fidan Hacıyeva ingilislər tərəfindən eyni proqramla 2014-cü ilin iyununda “Royal Opera House”da çıxış etmək təklifi almışdır. Eyni zamanda, bir sıra təkliflər alan azərbaycanlı ifaçı vaxtı gəldikcə bu təklifləri dəyərləndirəcəkdir.

Qeyd edək ki, Fidan Hacıyeva opera teatrının solisti olanda cəmi 19 yaşı vardı. O vaxt o, Jorj Bizenin eyniadlı operasında Karmenin rəfiqəsi Mersedesin partiyasını ifa etmişdir. Cəmi iki il sonra isə ona artıq Karmenin çox mürəkkəb partiyasını etibar etdilər və Fidan Hacıyeva bu rolun ən gənc ifaçısı oldu. Karmen rolu gənc müğənni üçün bir növ vizit vərəqəsinə çevrilmişdir. Məsələn, Türkiyənin Mersin Opera və Balet Teatrının dəvəti ilə o, Mersində, həmçinin İstanbul, İzmir, Ankara teatrlarının səhnələrində Karmen rolunu ifa etmişdir.

Onun ən yaddaqalan çıxışı isə Türkiyədəki “Aspendos” antik teatrının səhnəsində, açıq səma altında, opera sənətinin biliciləri və həvəskarları olan ən incə zövqlü 15 min tamaşaçının toplaşdığı günlə bağlıdır.

O, Azərbaycan opera səhnəsində “Aida”da Amneris, “Trubadur”da Azuçena, “Riqoletto”da Maddalena, Cüzeppe Verdinin “Traviata”sında Flora, Cakomo Rossininin “Seviliya bərbəri”ndə Rozina, Maskanyinin “Kənd namusu” əsərində Santuttsi, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasında Asya, Fikrət Əmirovun “Sevil” operasında Gülüş obrazlarını yaratmışdır.

Azərbaycan musiqisinin təbliğini özünün ömür kredosuna çevirən Fidan Hacıyeva hər bir çıxışı ilə tarix yazır. O, bu tarixi ürəklə, sevgi ilə, Tanrının ona bəxş etdiyi istedadın bütün çılpaqlığını göstərməklə yazır. Məhz bu səbəbdən də harada çıxış etməsindən asılı olmayaraq, onun ifası sonsuz sevgi ilə qarşılanır. İnanırıq ki, Londonda olduğu kimi, digər şəhərlərdə də Fidan Hacıyevanın bənzərsiz ifalarını dinləyib, bu qeyri-adi istedadı ayaq üstə alqışlayanların sayı yetərincə olacaqdır.

Bir sözlə, Əməkdar Artist Fidan Hacıyeva hələ neçə-neçə yaz ətirli, bahar müjdəli uğurları ilə xalqımızı sevindirəcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Azercell”in ev sahibliyi etdiyi konfrans beynəlxalq sənaye liderlərini Bakıda bir araya gətirib

Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzinin təntənəli açılışı olub

Ağcabədidə dəm qazından zəhərlənən yeniyetmənin vəziyyəti ağırdır YENİLƏNİB

Milli Oftalmologiya Mərkəzi BDU-da tibbi aksiya keçirəcək

Belarusun kənd təsərrüfatı və ərzaq naziri Azərbaycandakı laboratoriyaların şəraitini yüksək qiymətləndirib

Ermənistan daxilindəki qüvvələr dərk etməlidirlər ki, imtina, qarşıdurma, eskalasiya yolu artıq öz gücünü çoxdan itirib – ŞƏRH

Stella Assanj: Culian hara getsə, onunla gedəcəyəm

Baydenlə Trampın ilk debatının tarixi açıqlanıb

Milli Müdafiə Universitetinin hərbi kolleclərində 2024-2025-ci tədris ili üçün qəbul davam edir

“Biznesin müflisləşməsi” üzrə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair yeni təşəbbüslərin təqdimatı keçirilib

Parisdə “COP29 - BEA enerji keçidi yüksək səviyyəli dialoq” mövzusunda konfrans keçirilib

Azərbaycanla Belarus arasında dövlət satınalmaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib

Türkiyə Prezidenti Ankarada səfərdə olan Ukrayna Ali Radasının sədrini qəbul edib

Azərbaycan və Belarus nəqliyyat daşımaları sahəsində əməkdaşlığı müzakirə edib

Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə qarşı törədilmiş sui-qəsdi sərt şəkildə pisləyib

Qəbələdə keçirilən əmək yarmarkasına 12 müəssisədən 200 vakansiya təqdim edilib

Belarusun 60 illik yaşı olan müəssisəsi Azərbaycan ilə sıx əməkdaşlıq edir

Slovakiya parlamenti Baş nazirə sui-qəsdlə əlaqədar növbədənkənar iclas çağırıb

“Naxçıvan məktəblilərin gözü ilə” rəsm sərgisi açılıb

Gənc bəstəkarların yaradıcılığına həsr edilmiş plenumun açılış mərasimi olub

DYP və AYNA taksi sürücülərinə qarşı reyd keçirib

Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin növbəti iclası Buxarestdə keçiriləcək

Mayın 20-dən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Prezident Ərdoğan: Mənfi təsirlərə baxmayaraq ötən il Türkiyə ixracatı rekord qırıb

Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi ekvivalenti sistemi ilə bağlı ilkin razılıq əldə olunub

PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsinə start verilib

Təhsil İnstitutu və Özbəkistanın Milli Tədqiqat İnstitutu əməkdaşlığa başlayır

Ayxan Abbasov Niderlandın tanınmış klublarının düşərgəsində olub

Məhəmməd Füzuli: dövrü və mühiti – dəyirmi masa

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027- ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun iclası keçirilib

FHN-in Cənub Regional Mərkəzi Lənkəranda nəzəri–praktiki tədbir keçirib

Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs olunub VİDEO

AQTA sədri: Ölkəmizdə baytarlıq preparatlarının istehsalı ilə bağlı Belarusla birgə ekspert qrupu yaradılıb

Bolqarıstan mətbuatı: İşğal nəticəsində Azərbaycana 50 milyard dollardan çox ziyan vurulub

ADU-da Belarus Dili və Mədəniyyəti Mərkəzi açılıb

Azərbaycan Milli Kitabxanası Özbəkistanda beynəlxalq konfransda təmsil olunub

Bakıda keçiriləcək güləş üzrə Avropa çempionatının biletləri satışa çıxarılıb

COP29 çərçivəsində dünya dini liderlərinin zirvə görüşü iqlim dəyişmələri problemlərinin həllində siyasət və din xadimlərinin həmrəyliyinin vacibliyini təsdiqləyəcək

Türkiyədə “Tıq-tıq xanım” və “Keçinin qisası” tamaşaları nümayiş olunub

DİM: 69 dövlət orqanında mövcud olan 219 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Metroda sərnişinin halının pisləşməsi qatarın hərəkətində gecikməyə səbəb olub

UNICEF-lə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

Prezident: Tolerantlıq və multikultural dəyərlər Azərbaycan cəmiyyətinin demokratik birgəyaşayış normasıdır

“Gənc istedadlar” liseyində təlim: İmtahan stresinin aradan qaldırılması

Hakan Fidan ilə Antoni Blinken bölgədəki son vəziyyəti müzakirə ediblər

“Transformativ dialoq: sürətlə dəyişən dünyada sülh naminə alyansların qurulması” mövzusunda Qlobal Dialoq Forumunun iştirakçılarına

Coğrafiyaşünas alim: Süni torpaq sahələrindən Xəzərin səviyyəsinin dəyişməsi prosesinə uyğun olaraq istifadə edilməlidir

Azərbaycan İƏT-in gənc diplomatlar forumunda iştirak edir

Mütəxəssis: Yeniyetmələrdə hamiləlik zamanı fəsadların yaranma riski artır

Alimlərin araşdırması: Uşaqlıqda artıq çəki ömrü iki dəfə qısalda bilər

Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir VİDEO

Ölkəmizdə beynəlxalq incəsənət simpoziumu keçirilir

Şəhid Ənvər Tağıyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb

ADPU-da professor Hyun Sook Tekinin konserti və elmi seminarı keçirilib

Avropa Parlamentinin deputatı Şuşada olub

Azərbaycanlı musiqiçilər Kalininqrad filarmoniyasının səhnəsində çıxış edəcəklər

Slovakiyanın Baş naziri güllə yarası alıb VİDEO

® “Leobank” və “Visa” Parisdə keçiriləcək Olimpiya Oyunlarına 2 səyahət paketi hədiyyə edir

İqor Ponomaryov: Son iki oyun üçün mükafata belə, ehtiyac yoxdur

İsveçdə aparılan araşdırmada xərçəngin artıq çəki ilə əlaqəli olduğu müəyyən edilib

Ədəbiyyat Muzeyində Salman Mümtazın ekspozisiyasının açılışı olub

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində təmir işlərinə başlanılır

Qarabağ separatçılarının həbs müddəti uzadılıb

Azərbaycan ilə Gürcüstan arasında enerji əlaqələrinin geniş spektri müzakirə edilib

Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biridir ŞƏRH

“Qurani-Kərim əlifbası və təcvid qaydaları” kitabı çapdan çıxıb

Günəşdə son on il ərzində ən güclü partlayış olub

Mixail Qaluzin: Moskva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda danışıqlar aparmasını alqışlayır

“Keçmişdən gələcəyə sevgi” adlı səyyar tibbi müayinə aksiyası təşkil edilib

Azərbaycan məhsulları “Russia Halal Мarket” yarmarkasında təqdim olunub

Naxçıvanda “Azərbaycan-Türkiyə ticarət əlaqələri: Naxçıvanın ixrac imkanları" mövzusunda görüş keçirilib

Azərbaycanın tanınmış güləşçisi karyerasını başa vurub

Turşsu qəsəbəsində ilk mərhələdə 50 evin inşası nəzərdə tutulur VİDEO

“Təhsilin inkişafında innovativ metodlar II” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər” mövzusunda konfrans təşkil edilib

Şərqşünaslıq İnstitutunda Şah İsmayıl Xətainin fəaliyyəti və yaradıcılığına dair elmi sessiya keçirilib

Yevlaxda hüquqpozmalara qarşı tədbirlər keçirilib, 200 inzibati protokol tərtib olunub

Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib

Yanğın təhlükəsizliyi ilə bağlı Ağdamda regional müşavirə keçirilib

ƏƏSMN: Sosial xidmət müəssisələrində əlilliyi olan 342 uşaq daimi dövlət himayəsində yaşayır

FHN: Qəbələ rayonunun bəzi kəndlərində subasmanın qarşısı alınıb

Həkim-metodist: Erkən nikahı qadağan edən qanunlara baxmayaraq Azərbaycanda bu hallar istisna deyil

Azərbaycan Müstəmləkə altında olan ölkələrə və xalqlara müstəqillik verilməsi ilə bağlı Xüsusi Komitənin tədbirində təmsil olunur VİDEO

AQTA-nın sədri Beynəlxalq Qida Sənayesi və Kənd Təsərrüfatı sərgilərinin açılışında iştirak edib

BDU-da elmi seminar: Qərbi Azərbaycan folkloru haqqında informasiya resursları

Azərbaycanın 3 boksçusu Rusiyadakı turnirin yarımfinalına vəsiqə qazanıb

Baş direktor “IDEB 2024” sərgisində iştirak edir

Frankfurt sərgisində Azərbaycanın turizm potensialı təbliğ edilir

Şeyxülislam Lissabonda Qlobal Forumda Azərbaycanın multikulturalizm siyasətindən danışıb

Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Tatarıstanın paytaxtında “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumu keçirilir

Bəstəkar Cəlal Abbasovun əsərlərindən ibarət konsert

Lənkəranda yeniyetmə poçt bağlamalarını oğurlayıb

Baş məşqçi: İnanıram ki, “Şamaxı”ya qalib gələrək Premyer Liqaya çıxacağıq

Son 3 ildə Azərbaycanda POS-terminal üzrə ödənişlərin dövriyyəsi 10 min manata çatıb

Milli Kitabxanada növbəti treninq

Lissabonda KAICIID-in Qlobal Dialoq Forumu işə başlayıb YENİLƏNİB

BVF: Süni intellekt qlobal əmək bazarında sunami effekti yaradacaq

Azərbaycan və İran arasında tibb təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub